Yunanıstanda “Qərbi Nil” qızdırması 31 nəfərin həyatına son qoyub.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, bu, Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzin (KEELPNO) sentyabrın 27-nə olan məlumatıdır.
Məlumata əsasən, sentyabrın 20-dən “Qərbi Nil” virusuna 37 nəfər yoluxub, nəticədə 4 nəfər ölüb. Ümumilikdə isə ölkədə bu xəstəliyə yoluxan insanların sayı 271-ə çatıb .
Xatırladaq ki, “Qərbi Nil” qızdırması ilk dəfə 2010-cu ildə Yunanıstanda qeydə alınıb. 2010-2014-cü illərdə bu xəstəlikdən 80 nəfər dünyasını dəyişib. 2017-ci ildə isə 48 xəstələnmə və 5 ölüm halı barədə məlumat verilib. Yunanıstandan başqa, “Qərbi Nil” qızdırması Avropanın daha 8 ölkəsində aşkarlanıb. Xəstəlik ağcaqanadlar vasitəsilə yayılır.