Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Banner

“Qərbi Nil” 31 nəfərin həyatına son qoydu

Yunanıstanda “Qərbi Nil” qızdırması 31 nəfərin həyatına son qoyub.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, bu,  Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzin (KEELPNO) sentyabrın 27-nə olan məlumatıdır.

Məlumata əsasən, sentyabrın 20-dən “Qərbi Nil” virusuna 37 nəfər yoluxub, nəticədə 4 nəfər ölüb. Ümumilikdə isə ölkədə bu xəstəliyə yoluxan insanların sayı 271-ə çatıb .

Xatırladaq ki, “Qərbi Nil” qızdırması ilk dəfə 2010-cu ildə Yunanıstanda qeydə alınıb. 2010-2014-cü illərdə bu xəstəlikdən 80 nəfər dünyasını dəyişib. 2017-ci ildə isə 48 xəstələnmə və 5 ölüm halı barədə məlumat verilib. Yunanıstandan başqa, “Qərbi Nil” qızdırması Avropanın daha 8 ölkəsində aşkarlanıb. Xəstəlik ağcaqanadlar vasitəsilə yayılır.

www.yenicag.az

2688
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM