!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qərbin Balkanlarda yaratdığı yeni “POLİQON”: “İmperializmin işğal siyasətindən imtina edən ölkələrdə...”

!Reklam – Yazi

“Başqa vaxt demokratiyadan danışan kollektiv Qərb Serbiya xalqının seçiminə hörmət etmir”.

Bu fikirləri Serbiyada davam edən gərginlik dalğasının güclənməsində Qərb təsirlərindən danışan politoloq Tural İsmayılov Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, Qərbin hazırladığı ssenari əsasında Serbiyada çox ciddi siyasi oyunlar gedir:

“Kollektiv Qərbin imperialist dairələrinin coğrafiyasını genişləndirməyə çalışdığını nəzərə almaq lazımdır. Serbiya və Macarıstan kimi Qərb imperializminin oyuncağına çevrilməyən, ümumiyyətlə, vahid amerikan mərkəzli siyasətdən imtina edən ölkələrdə qarışıqlıq yaratmağa çalışırlar.

Bu baxımdan, kollektivçi qərarlar verməyən, imperializmin işğal siyasətindən imtina edən ölkələrin daxilində siyasi gərginlik ocaqları yaratmağa çalışıldığını görürük. Əvvəlcə NATO Kosovo məsələsi ətrafında Serbiyanı ciddi sıxışdırmağa başladı. Sonrakı dövrlərdə isə demokratiyaya qarşı sui-qəsd həyata keçirildi.

Bütün bunlar Serbiyaya qarşı aqressiyanın güclənməyinə səbəb olur. Qərb imperializmi indi Serbiya prezidenti Aleksandar Vuçiçə təzyiq göstərməyə çalışır. Əslində, başqa vaxt demokratiyadan danışan kollektiv Qərb Serbiya xalqının seçiminə hörmət etmir. Bu gün Serbiya xalqı Vuçiçin ölkənin gələcək iqtisadi, siyasi fəallığı üçün atdığı addımların fərqindədir.

Ona görə də seçkilərdə yekdilliklə Vuçiçin qələbəsinə xalq tərəfindən “stavka” edildi. Bunu qəbul etməyən bir sıra qüvvələr Vuçiçi devirməklə, Serbiyada digər Avropa İttifaqı ölkələrində olduğu kimi marionet rejimlər formalaşdırmağa çalışır. Ona görə də “rəngli inqlab” ssenarilərinin növbəti hədəfi Serbiya olaraq müəyyənləşib.

Digər tərəfdən, Serbiyanın güc strukturları daha əvvəldən belə hadisələrin olacağını bilirdilər. Xaricdən dostların etdiyi çağırışlar da Serbiyanın prosesin qarşısını almaqda necə peşəkar olduğunu göstərdi. Serbiya hakimiyyəti ölkə əleyhinə qurulan planın fərqindədir. Buna görə də təhlükəli tendensiyaların arealının genişlənməsinə icazə verməyəcək”.

Nəsimi Ələsgərli

www.yenicag.az

1660
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv