!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qərbin Ermənistanı “STİMULLAŞDIRMASI”: “İndi İrəvanın Moskvaya meydan oxuması...”

!Reklam – Yazi

“ABŞ və bir sıra Avropa ölkələri Azərbaycana münasibətdə həm qərəzli, həm də açıq-aşkar ermənipərəst mövqe tutmaqdadırlar”.

Bu fikirləri Cənubi Qafqaz regionunda baş verən gərgin prosesləri şərh edən politoloq İlyas Hüseynov Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, dünya Vətən müharibəsindən sonra Cənubi Qafqaz regionunda yaranan yeni reallıqları qəbul etməlidir:

“Azərbaycanın son illər göstərdiyi prinsipial mövqe – ərazi bütövlüyümüzün təmin edilməsi, sərhədlərimizin toxunulmazlığı istiqamətində qətiyyətli siyasi iradə nümayişi müsbət qiymətləndirilməlidir.

Lokal xarakterli antiterror əməliyyatlarından sonra regionda yaranan status-kvo bir sıra geosiyasi mərkəzləri və qüvvələri narahat edir. Azərbaycana qarşı hər zaman ikili standartlar əsasında davranan Qərb dünyası bu yanaşmasını indi də davam etdirir.

ABŞ və Fransa başda olmaqla, bir sıra Avropa ölkələri Azərbaycana münasibətdə həm qərəzli, həm də açıq-aşkar ermənipərəst mövqe tutmaqdadırlar. Digər tərəfdən, onların şirnikləndirdiyi Ermənistan Rusiyaya meydan oxuyur və öz “orbit”indən çıxmağa çalışır.

Ermənistanın baş naziri və başqa rəsmi şəxslərinin Rusiyanın qatıldığı tədbirlərdə iştirakdan imtinası, KTMT-də üzvlüyün sorğulanması və bu çərçivədə digər addımların atılması nəticəsində hazırda Rusiya ilə Ermənistan arasında tarixin ən soyuq dönəmi yaşanır. Eyni zamanda, Ermənistan Rusiyanın təsir dairəsindən çıxmaq üçün silahlanma kursunu həyata keçirir.

Azərbaycan isə sülh danışıqlarından heç vaxt imtina etməyib. Bakı bütün mövcud ziddiyətləri sülh yolu ilə həll etməyi, reinteqrasiya, birgə yaşayış prosesini qarşıya məqsəd qoyub. Bu səbəbdən, qərəzli mövqeyi qəbul etmirik. Belə ritorikadan çəkinməlidirlər. Çünki qərəzli mövqe sülh danışıqları prosesinə çox mənfi təsir göstərir. Biz isə sülh müqaviləsinin tezliklə imzalanmasını istəyirik”.

Nəsimi Ələsgərli

www.yenicag.az

167
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv