!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Qərbin heç bir nüfuzu qalmayıb” - Fəxrəddin Altun

!Reklam – Yazi

Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun sosial medya hesabında terrorla mübarizə mövzusunu dəyərləndirib.

Yenicag.az xəbər verir ki, F. Altun Türkiyə, ABŞ və Avropa İttifaqının terror təşkilatları siyahısında yer alan PKK-nın İraqın şimalında saxlanılan 13 türk vətəndaşını şəhid etdiyini xatırladıb: “Şəhidlərimiz NATO müttəfiqi olan və terrorla qlobal mübarizəyə töhfəsini verən Türkiyənin cəsur övladları idi. Türkiyə bütün terror təşkilatlarına qarşı mübarizəsini terror təhlükəsi tamamilə aradan qaldırılana qədər qətiyyətlə davam etdirəcək. Torpaqlarımızda və xaricdə terroru tərifləyən, təşviq edən insanlar və qruplarla da bağlı lazımi addımları atacağıq”.

Xüsusilə PKK-nın Türkiyədə siyasi qanadı olan HDP-nin bu gün cavablandırmalı olduğu bəzi çətin sualların olmasına diqqət çəkən F. Altun sözlərinə belə davam edib: “Siz heç utanmırsınız? Silahlı ağalarınızdan insanlıq cinayətini belə qınamayacaq qədərmi qorxursunuz? Səssizliyiniz örtülü razılıq və cinayət ortaqlığı mənasına gəlir. Qərbin PKK-nın terror hücumları və mənfur cinayətləri qarşısında nümayiş etdirdiyi səssizlik isə demokratiya, haqq və hüquqlardan danışmaqla bu prinsipləri dəstəkləmək arasında böyük bir fərq olduğunun göstəricisidir. Bu səbəbdən heç bir nüfuzunuz qalmayıb. Millətimiz şəhid qəhrəmanlarının yasını saxlayarkən mağaralarında və evlərində gizlənən son terrorçunu da tutmaq qətiyyətimizi bir daha vurğulayırıq. İntiqamımız ağır olacaq. Ədalətimiz tez bir zamanda gələcək”.

www.yenicag.az

436
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv