!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qərbin İranla bağlı atdığı addımların PƏRDƏARXASI: "Vaxtilə Xomeynini İrana sırıdığı kimi, indi də Pəhləvini..." - DAK rəsmisi

!Reklam – Yazi

“Məsih Əhmədinejdad və Nazənin Fənadini İran müxalifətinin liderləri kimi təqdim etmək rəzalətdir”.

Bu fikirləri ABŞ və Avropadakı İran mühacirətinin müəyyən fiqurlarının iştirakı ilə “müxalif format”ın yaradılması cəhdlərini dəyərləndirən Dünya Azərbaycanlıları Konqresi (DAK) İdarə Heyətinin üzvü Babək Muğanlı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Qərbin bu təşəbbüsü İranda 1979-cu il hadisələrinin bu dəfə fərqli istiqamətdə təkrarlanmasına hesablanıb:

“İranda monarxistlərin guya cəmiyyətdə üstünlüyə malik olması haqda iddialar tam əsassızdır. Doğrudur, keçirilən etiraz aksiyalarında devrilmiş şah sülaləsinin lehinə bəzi şüarlar səsləndirilir. Ancaq bu hal İranda monarxiya tərəfdarlarının çoxluğunun göstəricisi deyil. Çünki aksiyalarda fərqli kəsimlər öz baxışlarına uyğun mövqe sərgiləyirlər.

Ümumiyyətlə, hazırda Rza Pəhləvinin ətrafında cəmləşənlərin sırasına baxdıqda, vəziyyət aydın olur. Məsələn, devrilmiş şahın oğlunun çevrəsində indi yer tutan Məsih Əlinejad vaxtilə keçmiş prezident Məhəmməd Hatəminin yanında olmuş adamdır.

O baxımdan, Qərbin Əlinejadı, Nazənin Bünyadini və digərlərini İran hərəkatına alternativ qismində ortaya çıxarmaq cəhdi gülüncdür. Onların Münxen Konfransına aparılmaları da həmin şəxslərin siyasi çəkisini artıra bilməz. Qərb vaxtilə Xomeynini İrana sırıdığı kimi, indi də Pəhləvini, onun yanındakıları şişirdərək xalqa sırımaq istəyir. Belə bir vəziyyətdir”.

A.Zeynalov

www.yenicag.az

462
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv