!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qərbin könüllü “TƏBLİĞAT ALƏTLƏRİ”: “Həssas məqamlarda əleyhimizə işləyən...”

!Reklam – Yazi

“Orta Asiya dövlətlərinin, xüsusilə, Qazaxıstanın mediası və ictimai rəyi ilə işləmək imkanlarımız var”.

Bu fikirləri Azərbaycanın Qarabağda keçirdiyi lokal antiterror tədbirlərinin bir sıra dost ölkələrin mediasında ermənilərin maraqlarına uyğun işıqlandırılmasına münasibət bildirən siyasi şərhçi Azər Həsrət Yenicag.az-a açıqlamasında deyib.

 

Onun fikrincə, müəyyən zəruri işləri etmədiyimizə görə həssas məqamlarda əleyhimizə belə təbliğat kampaniyaları aparılır:

“Düzdür, biz də müşahidə edirik ki, dünəndən bəri Qərbin bir sıra media orqanları, beynəlxalq təşkilatlar, ayrı-ayrı siyasətçilər Azərbaycanı “Ermənistana qarşı hərbi təcavüz”də suçlamaq kimi absurd iddialarda bulunurlar. Bununla da kifayətlənməyib dünyaya “Azərbaycanı durdurmaq”la bağlı çağırışlar edirlər.

Bu, ondan xəbər verir ki, həmin çağırışı edən şəxslərin, eyni zamanda, məsələni vurğulandığı formada təqdim edən media orqanlarının, ümumiyyətlə, bölgədəki vəziyyətdən xəbəri yoxdur. Yəni onlar ya təbliğat qurbanlarıdır, ya da ki könüllü təbliğat alətidirlər.

Açıq desək, bizim bəzi ölkələrdə işləmək imkanlarımız o qədər də geniş deyil. Ancaq Orta Asiya dövlətlərinin, xüsusilə, Qazaxıstanın mediası və ictimai ilə işləmək imkanlarımız var. Fikrimcə, bizim dost saydığımız ölkələrdəki səfirliklərimiz oralarda yayımlanan bu cür yanlış informasiyaları təhlil etməli və redaksiyalarla əlaqə saxlayaraq obyektiv həqiqəti onlara çatdırmalıdırlar.

Konkret ifadə etsək, təbliğata qarşı antitəbliğat aparılmalıdır. Bundan başqa, çalışmalıyıq ki, bizdən əvvəl aparılan təbliğatı təkzib etmək durumunda qalmayaq, əksinə, erməni təbliğatı bizim arxamızca gəlməyə vadar olsun. Bu işləri etmədiyimizə görə həssas məqamlarda əleyhimizə belə təbliğat kampaniyaları aparılır. Ancaq gec də olsa, hərəkətə keçib vəziyyəti düzəltmək olar”.

A.Zeynalov

www.yenicag.az

233
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv