Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Qərbin Paşinyan tələsi, tora düşən İran

Erməni Baş nazir Paşinyanın İran səfəri və özçəkimində arxa fonda ”Qarabağ Ermənistanındır və son” plakatının olması gündəmdə öz yerini qorumaqdadır.

Yaranmış vəziyyətlə bağlı İranın Azərbaycandakı səfirliyi bu hadisədən xəbərsiz olduqlarını, erməni dilini bilmədikləri üçün belə bir hadisənin yaşandığını bildirmişdi.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi isə açıqlamasında “Ararat” idman kompleksində erməni dilində bir neçə plakatın asılmasını özbaşnalıq və qəbuledilməz bir addım adlandırıb. XİN sözcüsü İran İslam Respublikasının bunu dəstəkləmədiyini qeyd edib.

“Ararat” idman kompleksində erməni dilində açılan plakatlar İranda da etiraza səbəb olub. ”Qarabağ Ermənistanındır və son” plakatına cavab olaraq Təbrizdə və Tehranda İranda yaşayan azərbaycanlılar aksiya keçirib. Aksiya iştirakçılarından bir neçəsi polis tərəfindən saxlanılıb.

Yaranmış vəziyyətlə bağlı hərbi ekspert Tərlan Eyvazov fikirlərini Yenicag.az-la bölüşüb.

Tərlan Eyvazov Paşinyanın hakimiyyətə Qərbin dəstəyi ilə gəlməsini vurğulayaraq bildirib ki, Rusiya və İran bu səbəbdən Paşinyandan bir qədər ehtiyatlanırlar:

“Paşinyan hakimiyyətə gəldikdən sonra belə bir fikir formalaşdı ki, Qərb İrana qarşı Ermənistan amilindən istifadə edəcək. İran da bu vəziyyətdən tədirgin idi. Ona görə də, Ermənistanın yeni hakimiyyəti ilə əlaqə qurmağa çalışırdı. Rusiya Paşinyanın əvvəlki çıxışlarına baxmayaraq, istədiklərini almaqdadır. Hətta əvvəlki hakimiyyətin etmədiyini Paşinyana etdirdilər. Ermənistan ordusunun kiçik kontingentini Suriyaya göndərməyə razı saldılar. Erməni hərbçilərinin Suriyaya göndərilməsi həm də İranın maraqlarına uyğundur. İranla Ermənistanın yeni hakimiyyəti arasında istiləşmə yarandı. İran tərəfi də Paşinyanı Tehrana rəsmi səfərə dəvət etdi və onun üçün çox əla şərait yaratdı. İranın məqsədi Qərbin adamı olan Paşinyanı razı salmaq idi. Bu məqamda udan tərəf yenə ABŞ oldu”.

ABŞ-ın necə udmasını isə hərbi ekspert bu cür izah edib:

“Ermənilərin tarixən İranda kilsələri, lobbi təşkilatları olub və hələ də fəaliyyət göstərirlər. Tarixə baxanda görürük ki, bu təşkilatların altında həmişə gizli silahlı qüvvələr mövcud olub. Erməni terrorçular nəinki Türkiyə, Azərbaycan ərazisində, eləcə də İran daxilində də dəfələrlə ayağa qalxırlar və yerli camaata qarşı terror həyata keçirirlər. Bu gün də həmin təşkilatların artıq üzə çıxması, onların cənubda olan azərbaycanlı milli fəalları izləməsi İranın da müvafiq qurumlarının maraqlarına uyğun olduğuna görə, bu, ermənilərin oradakı təşkilatlarının inkişafına geniş meydan verir. Ermənilərə nə qədər inanmaq olar? Ermənilər Qacarlar dövlətini satmadımı? Sultan Türkiyəsini satmadımı? Rusiyanı dəfələrlə təhlükə qarşısında qoymadımı? Mənim fikrimcə, Paşinyan məxsusi olaraq ABŞ-ın mövqeyi üçün İrana gedib. Buna görə də, İranda udan tərəf ABŞ-dır. Erməni təşkilatların İranda möhkəmlənməsi ABŞ-ın maraqlarına xidmət edəcək.

ABŞ rəsmi Tehranın gözləmədiyi halda, bu vaxta qədər İranda olan böyük və fəal türk toplumunun milli hisslərinin oyanmasına nail ola bildi. İran hakimiyyətinin gözləmədiyi halda bir gün sonra insanlar küçəyə axışdı, toplantı yerlərində Ermənistanın bayraqları yandırıldı, İran hakimiyyətinə qarşı çıxışlar oldu. Ötən il İranın içində çaxnaşmalar olanda bizim soydaşlarımız necə sakit dayandılar, necə dövləti dəstəklədilər. Bütün bunlardan belə nəticə hasil olur ki, İranda ABŞ istəyinə nail oldu. İran hakimiyyətinin Ermənistanla bağlı apardığı siyasət iflasa uğradı”.

İranın bundan sonra aparacağı siyasətə toxunan Tərlan Eyvazov bildirib ki, İranın tək yolu Azərbaycanla dostluq, qardaşlıq yolu tutmasıdır:

“İranın parçalanmasının sürətlənməsi baş verə bilər. İranda əsas qüvvə türk millətidir. Onları da qızışdırıb hakimiyyətə qarşı çıxarılmasında Ermənistan faktorundan istifadə olundu”.

Səxavət Məmməd

www.yenicag.az

8521
SFERA
VETENINFO
AZNEWS
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM