!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qərbin Paşinyana hazırladığı YENİ “QRAFİK”: “Ona Rusiyaya səfər etmək təlimatının da...”

!Reklam – Yazi

“İrəvan Moskva ilə münasibətlərdə hazırda daha cəsarətli mövqedə dayanmağa meyillidir”.

Bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyanın uzun müddətdən sonra Rusiyaya gerçəkləşdirdiyi səfərini şərh edən politoloq Aydın Quliyev Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, Paşinyanın xeyli müddətdir Rusiyaya səfər etməməsi fonunda Qərbdəki müəyyən dairələrlə yaxınlaşması da açıq müşahidə olunan siyasi xətt idi:

“Artıq demək olar, Paşinyan öz aləmində strateji seçimini edib. Seçimi isə Ermənistanın üzərində Rusiyanın təsirlərini zəiflətmək və mümkün qədər Qərblə inteqrasiyanı gücləndirməkdən ibarətdir.

Avrasiya İqtisadi Birliyinin və MDB-nin qeyri-formal zirvəsinin Sankt-Peterburq şəhərində keçirilməsi ilə bağlı Paşinyanın Rusiyaya getdiyi bəllidir. Digər tərəfdən, bu səfər uzun müddətdir gözlənilirdi və o baxımdan, Paşinyanın növbəti rəsmi səfəri Moskvaya ola bilər.

Ancaq nə baş verməsində asılı olmayaraq, Paşinyanın seçdiyi yol bəllidir – Rusiyanın təsirini zəiflətmək. Onun bu məqsədə nə qədər nail olacağını isə zaman göstərəcək. İrəvan Moskva ilə münasibətlərdə hazırda daha cəsarətli mövqedə dayanmağa meyillidir. Çünki Rusiyanın Ermənistan üzərində manevr imkanları daralıb.

Həmçinin Paşinyana Rusiyaya getməsi təlimatının da elə Qərbin verildiyini düşünmək mümkündür. Hədəf Rusiyanın aqressiyasını müəyyən qədər zəiflətməkdir. Ancaq bu gözləntilərin özünü nə dərəcədə doğruldacağı qeyri-müəyyəndir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

1882
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv