!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qərbin Qafqazda itirdiyi “GÜZƏŞT İMTİYAZI”: “Azərbaycan regionun “Kanelo”su, Ermənistan isə...”

!Reklam – Yazi

“Qərb Azərbaycandan iqtisadi və siyasi güzəştlər qoparmaq imkanını itirdiyindən, müharibənin yenidən alovlanmasına çalışır”.

Bu fikirləri hər gün kəskinləşən müharibə ritorikası və Qərbin yeni savaş təhriklərini şərh edən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Zərdüşt Əlizadə bildirib ki, Azərbaycanla Ermənistan arasında müharibəyə ehtiyac yoxdur:

“Azərbaycan Ermənistandan istədiyini alıb və indi İrəvandan onu tələb edir ki, daşı ətəyindən töküb, qələt elədiyini boynuna alsın, mehriban qonşu kimi yaşamaq mümkün olsun.

Müharibəyə ehtiyac yoxdur. Qərb dairələrinin səsini başına atmasına gəldikdə isə münaqişə davam edən zaman məlum ölkələr qapını təpiklə açırdılar ki, vasitəçidirlər, gəliblər barışdırmağa. Onlar iqtisadi, siyasi güzəştlər tələb edirdi. İndi indi bu imkanı itiriblər.

Rusiya da, Fransa da, ABŞ da artıq bundan məhrum olub. Ona görə də çalışırlar ki, Azərbaycanla Ermənistan döyüşsün, onlar da gəlsin “barışdırmağa”. Hər gün yazırlar ki, Azərbaycan hücum edib Zəngəzuru tutacaq. Bizim nəyimizə lazımdır Zəngəzur? Bizə Naxçıvana yol lazımdır. Son 30 ildə Naxçıvanla əlaqə vardı. Havadan da, qurudan da yol mövcud idi.

İran da bildirir ki, Araz çayının sağ sahilindən yol verirəm, istəyirsən şosse, ya da dəmir yolu çək. İran da beynəlxalq təcird rejimindən çıxmaq istəyir. Azərbaycan regionun Kanelosudur (orta çəkidə dünyanın ən güclü boksçusu – red.). Ermənistan isə heç həvəskar “boksçu” da deyil. Odur ki Qərbin səs-küyünə baxmaq lazım deyil”.

Səxavət Məmməd

www.yenicag.az

144
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv