!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qərbin regionda təsir gücünü artırma cəhdi: "Keçirilən görüşlərin uğurla nəticələnməsi üçün vacib şərt..."

!Reklam – Yazi

“Qərbin Ermənistanı sülhə məcbur etmə addımlarını müşahidə etmirik”.

Bu fikirləri yaxın günlərdə ABŞ-nin dövlət katibi Entoni Blinkenlə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında baş tutacaq telefon danışığının gələcək proseslərə mümkün təsirindən danışan politoloq Anar Əliyev Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, baş tutacaq telefon danışığı ABŞ-nin Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsində təşəbbüsü ələ almaq cəhdi kimi qiymətləndirilə bilər:

“2022-ci il Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi ilə bağlı təşəbbüslərin göstərildiyi il kimi yadda qaldı. Təəssüf ki, heç bir format kifayət qədər uğurlu olmadı. Çünki bütün görüşlərdə Ermənistana qarşı açıq şəkildə təzyiq göstərilmədi. İki ölkə arasında münasibətlərin tənzimlənməsi ilə bağlı Azərbaycan üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirdi. Lakin Ermənistanın öhdəliklərlə bağlı heç bir addım atmadığı göz qabağındadır. Təzyiq göstərilməyən Ermənistan kifayət qədər arxayınlaşdı.

44 günlük Vətən müharibəsindən sonrakı aylarda sərgilənən davranışla 2022-ci ilin sonları Ermənistanın siyasi davranışı arasında kifayət qədər mənfi fərq var. Bu fərqin meydana çıxmasında əsas günahkar Ermənistanın sülhdən yayınma fəaliyyətini dəstəkləyən qüvvələrdir. İran, Rusiya, ABŞ, Fransa, Niderland, Yunanıstan kimi dövlətlərin dəstəyi nəticəsində Ermənistan özünü arxayın hiss edir.

ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan-Ermənistan XİN rəhbərləri ilə telefon danışığı aparacağı ilə bağlı məlumatlar Qərbin Cənubi Qafqazda güclənməsi üçün atılan ilkin addımlardır. Keçirilən görüşlərin uğurla nəticələnməsi üçün vacib şərt aqressiv siyasət aparan Ermənistanın sülhə məcbur edilməsidir. Çox təəssüf ki, indiki halda Qərbin Ermənistanı sülhə məcbur etmə addımlarını müşahidə etmirik. 2023-cü ildə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ciddi sual altındadır. Əgər Ermənistan 2021-2022-ci ildə həyata keçirdiyi siyasəti davam etdirəcəksə, bu il də real nəticələrin əldə olunması gerçəkçi görünmür”.

Nəsimi Ələsgərli

www.yenicag.az

495
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv