!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qərbin Rusiya ilə bağlı PLANI: "Ukraynada bir az daha zəiflətdikdən sonra..."

!Reklam – Yazi

“Qərb Rusiyanın Ukraynadakı müharibədən müəyyən qələbə ilə ayrılmasına yalnız bir şərtlə icazə verə bilər ki, Putin Rusiyada keçiriləcək növbəti prezident seçkilərində iştirak etməsin”.

Bunu Qərbin Rusiyada prezident seçkilərilə bağlı planı haqqında danışan politoloq Anar Əliyev Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, Qərbin Rusiyanı çökdürmə yönündə atdığı addımlar nisbətən zəifləməyə başlayıb:

“Bu, böyük güclərin Orta Şərq siyasəti ilə bağlıdır. Çünki Rusiyanın Yaxın və Orta Şərq, Cənubi Qafqaz ölkələrinə təsir imkanları böyük olub. Rusiyanın Ukraynada məğlub edilərək diz çökdürülməsi onun həmin ərazilərdən də sıxışdırılıb çıxarılması ilə nəticələnə bilər. Rusiyanın həmin bölgələrdən çıxarılması ilə böyük güclər iddialarını ortaya qoyacaq. Bu güclərin başında olan iki əsas ölkə Türkiyə və Çindir. Maraqlısı odur ki, Türkiyə və Çinin birgə, yaxud ayrı şəkildə sözügedən ərazilərdə təsir imkanına malik olması Rusiyanın orada olmasından daha təhlükəlidir. Buna görə də Qərb Rusiyanı Ukraynada bir az daha zəiflətdikdən sonra proseslərin həlli üçün danışıqlar masası təşkil edəcək.

Qərb Rusiyanın Ukraynadaki müharibədən müəyyən qələbə ilə ayrılmasına yalnız bir şərtlə icazə verə bilər ki, Putin Rusiyada keçiriləcək növbəti prezident seçkilərində iştirak etməsin. Rusiya tərəfindən belə bir zəmanətin verilməsi mümkündür. Qarşıdakı prezident seçkilərində Rusiya prezidentliyinə kimin namizəd olacağı Qərb-Rusiya danışıqlarından sonra bəlli olacaq”.

Nəsimi Ələsgərli

www.yenicag.az

364
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv