!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Qərbin Rusiyadan neft-qaz alışına qadağa qoymaması fürsətdir" - ŞƏRH

!Reklam – Yazi

“Rusiyada işsizliyin artması, sosial vəziyyətin pisləşməsi sosial müdafiə xərclərinin də artımını qaçılmaz edəcək”.

Yenicag.az xəbər verir ki, bunu Rusiyaya tətbiq olunan sanksiyaların yaratdığı iqtisadi böhranı və onun mənfi təsirlərini dəyərləndirən iqtisadçı Rövşən Ağayev deyib.

İqtisadçı qeyd edib ki, ən qısa müddətdə Rusiya iqtisadiyyatı öldürücü zərbəni yalnız neft-qaz satışına qadağalardan ala bilər:

“Aydın məsələdir ki, ölkədə iqtisadi fəallığın kəskin şəkildə aşağı düşməsi, geniş dövriyyəyə və vergi öhdəliyinə malik 300-ə yaxın xarici şirkətin ölkəni tərk etməsi, on minlərlə iş yerinin bağlanması, yerli şirkətlərin sanksiya səbəbindən xarici iqtisadi əlaqələrinin pozulması qeyri-neft gəlirlərinin kəskin şəkildə itirilməsini qaçılmaz edir. Qərbin kiçik istisnalarla Rusiyadan neft-qaz alışına qadağa qoymaması fürsətdir və hökumət bu itkilərin yerini izafi neft gəlirlərilə doldurmağa imkan olaraq baxır. Ukrayna ilə müharibə hər gün büdcə üçün milyardlarla dollar əlavə xərcdir. Rusiyada işsizliyin artması, sosial vəziyyətin pisləşməsi sosial müdafiə xərclərinin də artımını qaçılmaz edəcək. Maliyyə institutları qarşısında öhdəliklərini yerinə yetirə və artıq kənardan borc cəlb edə, işçilərinə maaş belə ödəyə bilməyən, müflisləşmə riskilə üzləşən yerli müəssisələr üçün dəstək paketi də büdcə üçün böyük yükə çevrilir. Bu xərcləri nəzərə alanda hökumətin yaxın zamanlarda 2022-ci ilin büdcəsinin xərclərinə yenidən baxması mümkün görünür.

Rusiyanın enerji daşıyıcılarına sanksiya olmayacağı halda, neftin orta illik qiymətinin 100 dollar, rublun məzənnəsinin 1 USD/110-120 rubl dəhlizində hərəkət etməsi rubl ifadəsində büdcənin neft gəlirlərinin proqnozdan (9,5 trln. rubl) təxminən 2.5 dəfə artıq olmasını təmin edə bilər. Şübhəsiz ki, mümkün ssenarilər neftin bundan sonrakı qiymətindən və sanksiyaların neft-qaz idxalına tətbiq edilib-edilməməsindən asılı olacaq. Amma göründüyü kimi, sanksiyasızlıq və yüksək qiymətlər bir müddət Rusiyaya büdcə böhranından qaçmağa imkan verəcək”.

Gülşən Şərif

www.yenicag.az

354
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv