!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qərbin süni şəkildə yaratdığı MÜSƏLMAN QORXUSU: "Şərqi öz düşündüyü kimi təsvir etmək cəhdi..."

!Reklam – Yazi

“Müsəlmanların Qərbdə çoxalması, yerli əhalinin isə azalması Avropada ciddi demoqrafik problemə çevrilərək Qərb üçün ciddi təhdid yaranmasına səbəb oldu”.

Bu fikirləri Qərbdə artan islamafobiya barədə danışan sosioloq Mail Yaqub Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Qərbdə islamafobiya ciddi şəkildə təzahür edib:

“Əvvəlcə, biz üç suala – islamafobiya nədir?; müasir Qərbdə islamafobiya varmı?; mövcuddursa, bunun səbəbləri nədir? suallarına cavab verməliyik. İslamafobiya “islam qorxusu” deməkdir. Daha geniş anlamda, islamın qorxulu, ağlazidd, inkişafa əngəl bir din olması anlayışıdır.

Təəssüf ki, müasir Qərbdə bu baxış mövcuddur. Düzdür, ayrı-ayrı Qərb ölkələrində ibadət yerləri açıq olsa da, bununla yanaşı, islamafobiya da ciddi təzahür edib. Bunun isə müxtəlif səbəbləri var: Tarixən xristianlıq və islam arasında ciddi mübarizə olub. 11-13-cü əsrlərdə xristianların müsəlman ərazilərinə səlib yürüşləri, 15-ci əsrdə osmanlıların xristianlığın mərkəzi Konstantinopol şəhərini fəth etməklə Bizansın varlığına son qoyması bu mübarizənin tarixi kökləridir. Lakin 19-cu əsrdən yeni era başladı. Müsəlmanların zəifləməsi nəticəsində Qərb güclənməyə başlandı. Bu dövrdə Qərbdə “şərqşünaslıq” sahəsi yaranırdı.

Müasir şərqşünas Edvard Səid deyir ki, şərqşünaslıq, əslində, Qərbin Şərqi obyektiv öyrənməsi deyil, Şərqi öz düşündüyü kimi təsvir etmək cəhdi idi. Qərb möhkəmlənmək istədiyi üçün ona düşmən lazımdır ki, daxildə birlik yarada bilsin. Müsəlmanlar da həmin “düşmən” obrazında təsvir edilir.

20-ci əsrdə Sovet İttifaqı həmin düşmən rolunu oynadı. Lakin sovetlərdən sonra Qərbə yeni düşmən lazım idi. 2001-də ABŞ “terror” hadisəsini müsəlmanları özünün qatı düşməni qələmə verməsi üçün yaratdı. Beləliklə, baş kəsən müsəlman obrazı bütün dünyaya nümayiş etdirildi. Digər tərəfdən, müsəlmanların Qərbdə çoxalması, yerli əhalinin isə azalması Avropada ciddi demoqrafik problemə çevrilərək Qərb üçün ciddi təhdid yaranmasına səbəb oldu”.

İsmayıl Bakuvi

www.yenicag.az

394
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv