!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qərbin "xortdan" oyunu: Sanksiyalar işə yaramır, Ukraynaya verilən silahlar yetərsizdir - ŞƏRH

!Reklam – Yazi

“Rusiya müharibədə blokada, mühasirə, psixoloji həmlələrdən istifadə edib”.

Bunu bir ildən çoxdur davam edən Rusiya-Ukrayna müharibəsinin uzanma səbəblərindən danışan politoloq Elçin Mirzəbəyli Yenicag.az-a açıqlamasında deyib.

Politoloq Ukraynaya verilən silahların yetərli olmadığını bildirib:

“Abxaziya istisna olmaqla, Rusiya heç bir zaman qısamüddətli müharibə aparmayıb. Çünki Abxaziya kiçik ərazi idi və Gürcüstan müqavimət göstərmədi. Rusiya müharibədə blokada, mühasirə, psixoloji həmlələrdən istifadə edib. Hazırda Ukraynada da eyni taktikadan istifadə olunur.

Müharibə iştirakçısı dövlətlər bütün məlumatları obyektiv olaraq xəbər vermir. Çünki müharibə yalnız cəbhədə deyil informasiya sahəsində də aparılır. Xarici ekspertlər məsələyə müxtəlif formadan yanaşırlar. Hərbi ekspertlərin fikrincə, Rusiya müəyyən yanlışlıqlara yol verib. Müharibənin taleyi barədə fikir söyləmək çox çətindir. Çünki orada bir sıra beynəlxalq faktorlar rol oynayır.

Nəticə olaraq Rusiyaya tətbiq olunan sanksiyaların heç bir işə yaramadığını söyləmək olar. Ukraynaya verilən silahlar isə müharibənin taleyini dəyişmək üçün yetərli deyil”.

Nəsimi Ələsgərli

www.yenicag.az

271
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv