!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qərblə Rusiyanın Azərbaycan-Ermənistan sərhədində TOQQUŞMASI: “Moskva buna qarşı çıxmaqla...”

!Reklam – Yazi

“Rusiya burada eksklüziv vasitəçi mövqeyini daha da möhkəmləndirmək niyyətindədir”.

Bu fikirləri ABŞ və Avropa İttifaqının (Aİ) Ermənistanla Azərbaycan arasında delimitasiya və demarkasiya prosesində iştirak niyyətinə Rusiyanın sərt reaksiyasının səbəbini şərh edən politoloq İlyas Hüseynov Yenicag.az-a açıqlamasında deyib.

Politoloq bildirib ki, Moskvanın Qərb koalisiyasının vurğulanan cəhdinə qarşı çıxması onun regionda yeni oyunçuları görmək istəməməsindən qaynaqlanır:“Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasında öz dominant mövqeyini qorumağa çalışır. O baxımdan, Moskva yaranmış vəziyyət fonunda ABŞ-nin Cənubi Qafqazdakı proseslərə müdaxiləsini qəbul etmir.

Qarabağ münaqişəsinin tam həllindən sonra Ermənistanla Azərbaycan arasında delimitasiya və demarkasiya məsələləri xüsusi əhəmiyyət daşıyır. Rusiya burada eksklüziv vasitəçi mövqeyini daha da möhkəmləndirmək niyyətindədir.

Kreml bu prosesdə SSRİ dövrünə aid xəritələrdən istifadənin prioritet hesab olunmasını istəyir. O xəritələr isə ancaq Rusiya Müdafiə Nazirliyinin Baş Qərargahında saxlanılır. Bu mənada Rusiya tərəflərə daha geniş variantlar imkanlar vəd edə bilər.

ABŞ və Avropa İttifaqının Cənubi Qafqazdakı proseslərə müdaxilələri arzuolunmaz hesab olunur. Rusiya ilə Qərbin Avropada toqquşduğunu nəzərə almaq lazımdır. Cənubi Qafqazda əlavə gərginlik ocaqlarının yaradılması aruzolunan deyil.

Buna baxmayaraq, Ermənistan aktiv şəkildə Qərb institutları ilə əməkdaşlığı genişləndirir və Qərbin regionda mövcudluğunu nümayişkar qaydada təmin etməyə cəhd göstərir. Bu çərçivədə, Ermənistan və Fransa arasında hərbi əməkdaşlıq müqaviləsinin imzalandığını vurğulaya bilərik. İrəvanın bu addımları Ermənistanla Rusiya arasında münasibətlərin ciddi surətdə korlandığını göstərən bariz nümunədir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

258
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv