!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qərblə Rusiyanın QAFQAZ DUELİ: “İki ölkə liderinin Brüsseldə keçiriləcək növbəti görüşünə qədər...” – ŞƏRH

!Reklam – Yazi

“Bu mövqe fərqi ilk növbədə Qarabağ erməniləri üçün “status” məsələsində özünü göstərməkdədir”.

Bu fikirləri Azərbaycanla Ermənistan arasında davam edən nizamlama prosesində aparıcı rol uğrunda Qərblə Rusiyanın artan rəqabətinin mümkün nəticələrini şərh edən ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Qərbdən fərqli olaraq, Rusiyanın bu prosesə istənilən müdaxiləsi mövcud vəziyyətin dəyişməməsinə yönəlib:

“Təbii ki, 44 günlük Vətən müharibəsindən sonra yaranan mövcud şəraitdə Qərblə Rusiyanın Cənubi Qafqaza nəzarət uğrunda mübarizəsi də yeni mərhələyə keçib. Tərəflərin hər biri bu üstünlüyün təmin olunmasını məhz Azərbaycanla Ermənistan arasında davam edən nizamlama prosesində söz sahibi olmaqda görür.

Qeyd etmək lazımdır ki, Ermənistanın sentyabrda əl atdığı sərhəd təxribatına Azərbaycanın layiqli cavab verməsindən sonra prosesdə ciddi sürətlənmə müşahidə edilməkdədir. Bu çərçivədə Azərbaycan və Ermənistan liderlərinin öncə Brüssel, daha sonra isə Praqa görüşündə əldə olunan müəyyən razılaşmalar xüsusi vurğulanmalıdır.

Həmin anlaşmalara uyğun şəkildə sərhədlərin delimitasiyası və sülh sazişinin hazırlanması üzrə işçi qrupun toplantılarının çağırılması, intensivliyin artırılması iki ölkə liderinin Brüsseldə keçiriləcək növbəti görüşü üçün masada konkret sənədlərin olmasına hesablanıb.

Sözsüz ki, Qərbin vasitəçiliyi ilə gerçəkləşən görüşlər və bəzi anlaşmaların əldə olunması Rusiyanın planlarına uyğun deyil. Ona görə də xarici mediada Qərb koalisiyası ilə Rusiyanın Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişinin şərtlərinə fərqli yanaşmaları haqda məlumatlar yayılır.

Bu fərqlilik ilk növbədə Qarabağ erməniləri üçün “status” məsələsində özünü göstərməkdədir. Yayılan məlumatlara əsaslansaq, Rusiya Qarabağ ermənilərinin “status”u məsələsinə qeyri-müəyyən gələcəkdə baxılmasını istəyir. Qərb isə bu məsələdə Azərbaycanın mövqeyi ilə razılaşaraq məsələni “status” deyil, “Qarabağ ermənilərinin təhlükəsizliyi” kimi görür.

Ona görə də, iki ölkə liderinin Brüsseldə nəzərdə tutulan növbəti görüşü bu məsələlərdə konkretlik yaranması nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb edir. Buna qədər isə bəhs olunan məsələ ətrafında tərəflərin öz fəallığını artıracağı şübhəsizdir”.

A.Zeynalov

www.yenicag.az

462
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv