!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qərblə Rusiyanın Qarabağ məsələsinə YANAŞMASI: "Müharibə bitəndən sonra əldə etdiyimiz uğurların hamısı..."

!Reklam – Yazi

“Qərbin əsas hədəfində Qarabağ məsələsi yox, Azərbaycan-Ermənistan münasibətlərinin düzəlməsi durur”.

Bu sözləri sülh danışıqları fonunda Qarabağla bağlı irəliləyişin olmamasını dəyərləndirən təhlükəsizlik məsələləri üzrə ekspert, keçmiş DTX zabiti ehtiyatda olan polkovnik İlham İsmayıl Yenicag.az-a açıqlamasında deyib.

İlham İsmayıl bildirib ki, Qərb sülhün əldə olunmasında tələsir, Rusiya isə prosesi ləngitməyə çalışır:

“İki il yarımdır müharibə bitib. Bu müddətdə Brüssel, Vaşinqton, Moskva formatları olub. Konkret olaraq sülh müqaviləsi imzalanmayıb. Qərb buna tələsir, Moskva isə əvvəllər üstüörtülü, son bir ayda açıq şəkildə etiraz edir. Sonuncu Moskva görüşündə də hər şeydən danışıldı, sülh müqaviləsindən danışılmadı. Əvvəlcədən demişdim ki, Moskva köhnə siyasətinə qayıdacaq, zamanı uzadacaq məsələləri önə çəkəcək, delimitasiya, demarkasiya, nəqliyyat infrastrukturunda problemlərin aradan qaldırılmasından danışacaq.

Qarabağdan yox, Azərbaycan-Ermənistan münasibətlərinin yaxşılaşmasından söhbət açılır. Rusiya Qarabağa Azərbaycanın zəif bəndi kimi baxır. Bu zəif bənddən istifadə edib Azərbaycana, Cənubi Qafqaza təzyiq edir. Təkcə Rusiya yox, İran da Moskva ilə koordinasiyalı siyasət aparır. Hətta Qərbdən Fransa da Azərbaycana təzyiqlərin davam etdirir. Qərbin əsas hədəfində Qarabağ məsələsi yox, Azərbaycan-Ermənistan münasibətlərinin düzəlməsi durur.

Müharibə bitəndən sonra əldə etdiyimiz uğurların hamısı Qarabağla bağlıdır. Nəzarət-buraxılış məntəqəsinin qurulması strateji uğurdur. Bu, çox vacibdir. Bunun ardınca Qarabağda nə etdiyimiz hər kəsə məlumdur. 10 noyabr bəyanatının çox vacib şərtləri var. Bunlar zaman-zaman dilə gətirilib, ancaq həll olunmur. Erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması həll olunmalıdır. Bu məsələdə Azərbaycan konkret variant irəli sürmür. Erməni silahlı qüvvələrinin Azərbaycan ərazisini tərk etməsi üçün bir ay vaxt verilib on günlük dəhliz açıb həmin dəhlizdən onların çıxarılması tələbi irəli sürülməlidir. Tələblə paralel şərt irəli sürülməlidir ki, əks halda, həmin hərbi gücü hərbi güc tətbiq etməklə dağıdılacaq.

Birgə yaşayış üçün Qarabağdan olan qaçqınlarımız geri qayıtmalıdır. Birinci növbədə, Şuşanın, Ağdərənin, Xocalının, Xocavəndin kəndlərinə köçməliyik. Altmışa yaxın yaşayış məntəqəmiz hazırda separatçıların əlindədir. Bunlar hamısı həll olunmalıdır, yoxsa problem bu şəkildə də davam edəcək”.

Səxavət Məmməd

www.yenicag.az

582
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv