!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qəribə adların yaratdığı ÖMÜRLÜK KOMPLEKS: “İnsan öz adını söyləməyə utanırsa...”

!Reklam – Yazi

“Ad insanın həyatında, onun fəaliyyətində, xarakterinin formalaşmasında böyük rol oynayır”.

Bu fikirləri yeni doğulan uşaqlara qoyulan qəribə adların yaratdığı problemlər haqda danışan psixoloq Vəfa Rəşidova Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, insanlar bəzən övladlarına ad qoyarkən, onun hansı məna daşıdığına əhəmityyət vermirlər:

“Adın insan həyatında böyük önəmi var. İnsanlar bəzən övladlarına ad qoyarkən, onun hansı məna daşıdığına əhəmiyyət vermirlər. Bəzən insanlar övladlarına ad qoyanda, “sadə addır da, nə olacaq” prinsipinə əsaslanırlar. Lakin ad insan həyatında, onun fəaliyyətində, xarakterinin formalaşmasında böyük rol oynayır.

Ümumiyyətlə, Azərbaycanda dünyaya gələn körpələrə bir sıra tarixi şəxsiyyətlərin adlarının verilməsi geniş yayılıb. Övladımızın təhsili, sosial həyatı, uğurları, insanlarla ünsiyyəti və əlbəttə ki sevgi həyatında adın önəmi xüsusi yer tutur.

Bəzən insanların övladlarına kompleks yaradan adlar qoyduğunun da şahidi oluruq. Öz təcrübəmə əsasən deyə bilərəm ki, bəzən seansa şəxslərin öz adını deməyə utandığını dəfələrlə müşahidə etmişəm. Adlarının onlarda yaratdığı travmanı aradan qaldırmaq üçün uzun müddət tələb olunub.

O baxımdan, övladımıza ad seçən zaman onların mənasına, tarixdəki yerinə diqqət yetirmək vacibdir. Düşünmək lazımdır ki, övladım adı çəkilərkən utanacaqmı? Onun adı uğurlarının önünə keçəcəkmi? Çünki insan həyatının bütün mərhələlərində ilk təqdimat adla bağlıdır.

İnsan həyatının hər mərhələsində adını özgüvənli şəkildə ifadə edə bilmirsə, kompleks yaşayırsa, gələcəkdə həmin fərdi işə götürəcək şəxslər də belə birisi ilə əməkdaşlıqda maraqlı olmayacaq. Ona görə də, övladlarımızın öz həyatlarına bizim qoyduğumuz adlarla yaşayacaqlarını nəzərə alaraq, ad seçərkən mütləq diqqətli olmalıyıq”.

İsmayıl Bakuvi

www.yenicag.az

423
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv