!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

QƏRİBƏ OLAY: Gəlinlikdəki şəkili qızı qorxuya saldı - FOTO

!Reklam – Yazi

Gəlinlik fotosundakı şəkil gəlini təşvişə salıb.

Yenicag.az xəbər verir ki, maraqlı hadisə Londonda baş verib. Gəlinlik butikindən çəkilmiş fotoda gəlinin əlləri real həyatdakından fərqli olaraq güzgüdə əks olunub. Güman edilir ki, təhrifin səbəbi iPhone-larda iki fotoşəkili birləşdirən süni intellekt ola bilər.

Yazıçı Tessa Koust Londondakı gəlinlik butikinə gəlinlik seçmək üçün gedib. Qız gəlinlik seçmək üçün təxminən bir saat vaxt sərf edib. Bu müddət ərzində bir işçi onun fotoşəkillərini çəkib.

Qız bacısına salondan paltarda foto göndərib. Bir az sonra o, iki güzgünün qarşısındakı fotoda əllərinin müxtəlif mövqelərdə olduğunu görüb. Soldakı əksdə əllər aşağıda, sağdakında çarpaz şəkildədir. Güzgülərin qarşısında dayanan qız bir əlini aşağı, digər əlini isə belinə yaxın tutub.

Tessa fotonu satıcıya göstərmək üçün butikə qayıdıb. Lakin o, bu illüziyanı izah edə bilməyib. Yazıçı yoxlayıb və şəkil adi rejimdə çəkilib, seriya rejimində və ya Live Photo-da çəkilməyib.

O, yerli Apple Store-a gedib. Orada ona deyiblər ki, “bu, ciddi məsələdir, lakin smartfon Live Photo rejimini yandırmadan belə bir sıra fotoşəkillər çəkə bilər və yəqin ki, bu halda da belə olub”.

Xuraman Etibarlı

www.yenicag.az

197
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv