!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qəsəbə sakinlərinin şikayətlərinə "Azərsu"dan CAVAB

!Reklam – Yazi

“Borcu olan abonentləri ödənişə cəlb etmək üçün zəruri tədbir kimi su təchizatının dayandırılmasına qərar verilib”.

Göygöl rayonu Hacıməlik qəsəbəsi sakinləri içməli su problemindən əziyyət çəkdikləri ilə bağlı Yenicag.az-a şikayət ünvanlamışdılar.

Şikayətçilər bildirmişdilər ki, qəsəbə 30 ildir su problemi ilə üz-üzədir. “Azərsu”nun su maşınları Hacıməlikdə qapı-qapı su satmaqla məşğuldur. Hacıməlik qəsəbəsində su sayğacları olmasa da, “Azərsu” əməkdaşları hər ay hər evdən supulu yığırlar. Hətta qəsəbədə axar su da yoxdur və heyvanlara belə aldıqları sudan verirlər. Hacıməlik qəsəbəsində cəmi bir artezian quyusunun olduğu deyilir və həmin artezian 500 evə xidmət göstərir.

Bu şikayətlə bağlı “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı saytımıza açıqlamasında qeyd edib ki, Göygöl rayonunun Hacıməlik qəsəbəsi sakinlərin içməli suya görə xeyli miqdarda borcu yarandığı üçün bu yaşayış məntəqəsinin su təchizatı müvəqqəti dayandırılıb:

“Debitor borcun ödənilməsi ilə bağlı sakinlərə dəfələrlə xəbərdarlıq edilsə də, onların böyük əksəriyyəti yenə də öhdəliklərini yerinə yetirməyib. Buna görə də abonentləri ödənişə cəlb etmək üçün zəruri tədbir kimi su təchizatının dayandırılmasına qərar verilib və bu barədə icra orqanları, bələdiyyələr əvvəlcədən məlumatlandırılıb.
Göygöl rayonunun Hacıməlik qəsəbəsində 312 abonentin cəmi 43-ü xidmət haqlarını ödəyir. Xidmət haqqını ödəməyən 269 abonentin içməli suya görə 74698 manat (bir abonentə orta hesabla 278 manat) borcu yaranıb.

Qeyd edək ki, yaşayış məntəqələrinin mövcud su təchizatı sistemləri borclu abonentlərin su təminatının fərdi şəkildə dayandırılmasına imkan vermir. Bunlar nəzərə alınaraq xidmət haqqını vaxtında ödəyən abonentlər fərdi qaydada sudaşıyan maşınlarla içməli su ilə təmin edilir və bu məqsədlə 18 tonluq su maşınları ayrılıb.
“Azərsu” ASC abonentlərdən xidmət haqlarını vaxtında və tam ödənilməsini xahiş edir. Bildiririk ki, göstərilən xidmətlərin səviyyəsi abonentlərin ödənişlərdən asılıdır”.

Gülşən Şərif

www.yenicag.az

366
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv