!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qəşəng qızdır, pul verib çəkilir, peşəkarlar da qalır qıraqda” - Aktrisadan SƏRT ETİRAZ

!Reklam – Yazi

“Rejissora pul verib çəkilən aktyor və aktrisalar var ki, bunların da nəticəsi olaraq peşəkar aktyor və aktrisalar kənarda qalır”.

Bunu aktrisa Flora Hüseynova Yenicag.az-a açıqlamasında  deyib.

O, bu gün qeyri-peşəkar aktyor və aktrisaların rejissora pul ödəyərək seriallara çəkildiyini, nəticədə peşəkar insanların seçim imkanının məhdudlaşdığını, məcburiyyət qarşısında ona təklif olunan cüzi məbləğdə qonora razılaşdığını bildirib:

“Rejissor baxır ki, modeldir, qəşəng qızdır, yaxud da kiminsə tanışı,dostudur, onu gətirib öz serialına çəkir. Söhbət peşəkar rejissorlardan getmir. Ola bilər təhsil almış rejissordur, amma qeyri-peşəkarlığı ondadır ki, sənətə dəxli olmayan insanları çəkir. Anlamır ki, aktrisa gözəllik yarışmasına gəlmir, hansısa obrazı canlandırmaq üçün gəlir. Bəli, bu gün dünya təcrübəsində də var belə hallar, hansısa model və yaxud da başqa peşə sahibi məşhur filmlərə çəkilir. Amma həmin xanımlar və bəylər sonradan bu sahədə təhsil alırlar, sənətin incəliklərinə yiyələnirlər ki, nəticədə də belə gözəl obrazlar yaradırlar.

Bəzən hansısa bir reklam çarxına dəvət edirlər, qonorarla razılaşmayanda deyirlər, amma bu məbləğə filan aktrisa çəkilir. Deyirəm, onda gedin o aktrisanı çəkin. Məsələ bundadır ki, hazırda Azərbaycanda elə bir durum yaranıb, elə rejissorlar peyda olub ki, pul alıb kimisə çəkirlər. Belə olan halda da aktyor və aktrisaların çəkilmək, seçim etmək şansı azalır. Səbəb də budur ki, hansısa peşəkar bir aktrisaya müəyyən qədər qonorar ödəməkdənsə, rejissor düşünür ki, elə tanınmamış birini çəkim, üstəlik heç pul da xərcləməyim. Nəticədə tanınmış, illərini sənətə vermiş aktyor və aktrisalar ona təklif olunan istənilən obrazı məcburiyyət qarşısında oynamağa razılıq verirlər. Bir obraza canını qoyursan, əsəblərin gedir, gərginlik yaşayırsan, amma zəhmətinin müqabilində cüzi məbləğ alırsan. Bir çox seriallarımıza baxanda elə adamları görürəm ki, ümumiyyətlə onları tanımıram. Onlarınkı oyun deyil, bir rəzalətdir. Bunu yalnız mən yox, o seriala baxan hər kəs görür”.

Cəvahir

www.yenicag.az

1077
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv