!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qət olunan məsafə və SÜLHƏ YAXINLAŞMA: “İrəvan siyasi iradə sərgiləyəcəksə, o zaman...”

!Reklam – Yazi

“Əgər vasitəçilər və müdaxilə olmasa, iki ölkə arasında razılığını əldə olunması ehtimalı yüksəkdir”.

Bu fikirləri Azərbaycan prezidenti İlham Əliyevin “Ermənistanla sülh müqaviləsinin əldə olunmasına çox yaxınıq” bəyanatında verdiyi mesajları şərh edən politoloq Samir Hümbətov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə prezident İlham Əliyevin Azərbaycanla Ermənistan arasında nizamlama prosesinin gedişində verdiyi bu bəyanat tərəflər arasında ciddi razılaşmaların əldə olunduğundan xəbər verir:

“Sülh prosesi çərçivəsində qət edilən bu yolda böyük razılaşmalar əldə olunub, kiçik detallar isə yaxın perspektivdə öz həllini tapacaq. Prezidentin səsləndirdiyi bəyanat həm erməni, həm də beynəlxalq ictimaiyyətə mesaj kimi qiymətləndirilə bilər.

Əgər kənar vasitəçilər və müdaxilə olmasa, iki ölkə arasında razılığını əldə olunması ehtimalı yüksəkdir. Sadəcə, Ermənistanın mövqeyi qəti olmalıdır. Əgər siyasi iradə sərgiləyəcəksə, yaxın perspektivdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına nail olmaq mümkündür”.

Nəsimi Ələsgərli

www.yenicag.az

178
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv