!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qətər şeyxi şahzadəyə çamadan dolu pullar verib - KİV

!Reklam – Yazi

Şahzadə Çarlz 2011-2015-ci illər arasında Qətərin baş naziri olmuş Şeyx Həməd bin Casim bin Cabir ət-Tanidən iki dəfə külli miqdarda nağd pul alıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Deyli Meyl” nəşri yazıb.

Ümumilikdə, Uels şahzadəsinə 3 milyon avro nağd pul verilib. Pulun 1 milyon avrosunu Şeyx özü çamadanda və 820 min funt sterlinqini səyahət çantalarında təhvil verib.

Nağd pullar Çarlzın “Coutts” bankındakı hesabına yönləndirilib. Daha sonra həmin pullar Şahzadə Çarlzın Xeyriyyə Fondunun hesabına köçürülüb.

Şeyx Həməd bin Casim bin Cabir ət-Tani Britaniya kral ailəsinin yaxın dostu hesab olunur.

www.yenicag.az

406
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv