!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qətərin ombudsmanı: "Azərbaycanda müşahidə olunan tərəqqi və inkişaf məmnunluq doğurur"

!Reklam – Yazi

Aprelin 29-da Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvləri Qətər Dövlətinin Milli İnsan Hüquqları Komitəsinin sədri (ombudsman) Məryəm bint Abdullah Əl-Attiyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüblər.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Yenicag.az-a bildirilib ki, komitənin sədri Hicran Hüseynova Azərbaycan-Qətər əlaqələrinin yüksək səviyyədə inkişaf etdiyini söyləyib. Qeyd edilib ki, iki ölkənin münasibətləri dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. Azərbaycan Qətərlə bütün sahələrdə ikitərəfli əlaqələrin genişləndirilməsinə böyük əhəmiyyət verir. Qarşılıqlı səfərlər və keçirilən görüşlər iki ölkə arasında əlaqələrin güclənməsinə təkan verir.

Komitə sədri ölkəmizdə insan haqlarının təmin edilməsinə, o cümlədən qadın və uşaqların hüquqlarının müdafiəsinə xüsusi önəm verildiyini bildirib.

Görüşdə Azərbaycanın 44 günlük Vətən müharibəsində tarixi Zəfəri, işğaldan azad edilmiş torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirilməsi, müasir infrastrukturun yaradılması barədə söhbət açılıb.

Qətər Dövlətinin Milli İnsan Hüquqları Komitəsinin sədri (ombudsman) Məryəm bint Abdullah Əl-Attiya, ölkəsinin Azərbaycanla siyasi, iqtisadi, sosial, mədəni və humanitar əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu deyib. Qonaq ölkəmizdə müşahidə olunan tərəqqi və inkişafdan məmnunluğunu ifadə edib.

O, ölkəsində qadın və uşaq hüquqlarının müdafiəsi ilə bağlı həyata keçirilən proqramlar, qadınların müxtəlif yüksək vəzifələrdə təmsilçiliyi, təhsil, səhiyyə sahələrində, habelə dövlət qurumlarında fəal iştirakı barədə məlumat verib.

Qətərin Milli İnsan Hüquqları Komitəsinin Baş Katibi Sultan bin Həsən Əl-Camali ölkəsində qadın hüquqlarının təmin olunması ilə bağlı həyata keçirilən layihələr, qanunvericilikdə olan yeniliklərdən bəhs edib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlərə dair də fikir mübadiləsi aparılıb.

www.yenicag.az

195
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv