!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qətlə yetirilən ana-balalar, səslərini kəsən valideynlər: "Sən bax gör, ailə qurmağa hazırsan, yoxsa...?" - AÇIQLAMA

!Reklam – Yazi

Son günlər ölkə gündəmini zəbt edən xəbərlərdən biri də 2003-cü il təvəllüdlü III kurs tələbəsinin və 8 aylıq övladının həyat yoldaşı tərəfindən qətlə yetirilməsidir.

Belə ki, Hüseynli Fərid xanımı Hüseynli Leylaya dəfələrlə bıçaq zərbəsi endirib. Nəticədə zərbələrdən biri Leylanın qucağındakı körpəyə dəyib. H.Fərid törətdiyi əməldən sonra özünü də bıçaqlayıb. Həm ana, həm də uşaq dünyasını dəyişib. Qətli törədən şəxs isə xəstəxanadadır.

İnsanların ağlında çoxlu suallar meydana gəlir.

Qanunlar yol versə də, 20 yaşlı tələbə qızın ailə qurması vacibdirmi? Valideynləri Leylanın şiddət görməsinə göz yumub? Ölkədə bu cür hadisələr hansı səbəbə görə daima təkrarlanır?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən sosioloq Üzeyir Şəfiyev bildirib ki, səbəbin nə olmasından asılı olmayaraq həyat yoldaşı cinayət törədib və bağışlanılmazdır:

“Fərqi yoxdur, affekt halında olsa belə, hüquqi məsuliyyət daşıyacaq. Amma belə hadisələr artıq tez-tez baş verir. Müvafiq qurumlar bu məsələni araşdırmalıdır. Psixoloji və sosioloji tərəfdən baxsaq, bu cinayətlər qısqanclıq zəmnində törədilir. Həmçinin bizim ölkədə kişilər boşanmanı qəbul edə bilmir. Köhnə stereotiplərdə ilişib qalıblar. Qadınlar isə köhnə adət-ənənələrə bağlı qalmaq istəmir. Azərbaycan ailələrində dayanıqlığı artıqmaq üçün müxtəlif layihələr tətbiq olunmalıdır. Hal-hazırda qadınların çoxu iqtisadi azadlığını əldə edib. Qadınlar kişilərdən asılı deyil və şiddətə dözmürlər. Kişilər də bunu özlərinə sığışdırmır, çünki əksəriyyəti köhnə adət-ənənələrə bağlıdırlar”.

Həmçinin o qeyd edib ki, indiki ailələrə heç kəs müdaxilə edə bilmir:

“Əvvəllər valideynlər, qohum-əqrəba və s. ər-arvad münasibətlərinə qarışırdı. Amma indi bu, demək olar ki, mümkün deyil. Xeyli cütlük tək yaşamağa üstünlük verir. Bundan başqa, ailələrdə böhran nöqtələri olur. Amma həmin böhranlara qohum-əqrəba yox, psixoloqlar müdaxilə etsə, daha yaxşı olar. Yəni səbəblər çoxdur, saymaqla bitməz. Onu da qeyd edim ki, bəzi verilişlər, sosial şəbəkələr, aspektlər insanların psixologiyasına təsir edir”.

Ü. Şəfiyev düşünür ki, hər insan ailə qurmamalıdır:

“İnsanlar əvvəlcədən evliliyə hazır olmalıdır. Hətta məktəblərdə də ailə haqqında dərslər təşkil edilməlidir. Gənc cütlüklər psixoloji cəhətdən evliliyə hazır edilməlidir. Çox ailədə vərdiş yaranıb. İyirmi yaşı olan kimi deyir ki, hə, mən ailə qura bilərəm. Sən ailənin nə olduğunu bilirsənmi? Sonra da boşanmalar yaranır. Bu səbəblə də uşaqlarda da travma yaranır. Bu cür cinayətlər və hadisələrə nəzarət edilməlidir. Aidiyyəti qurumlar üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir”.

Şahanə Paşa

www.yenicag.az

245
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv