!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qeydiyyat prosesində Ədliyyə Nazirliyi tərəfindən bizə tutulmuş iradların hamısı əsaslı idi” – Partiya sədri

!Reklam – Yazi

“Dediyim yanlışlıqları normal qaydada aradan qaldırsaq, qeydiyyat məsələsində problem olmayacaq”.

Bu fikirləri siyasi partiyaların təkrar qeydiyyat prosesinin gedişi haqda danışan Azad Vətən Partiyasının (AzVP) sədri Akif Nağı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, partiya qeydiyyat sənədlərində zəruri düzəlişləri bu ayın sonuna qədər tamamlayıb yenidən Ədliyyə Nazirliyinə göndərməyi planlaşdırır:

“Digər partiyaları bilmirəm, ancaq bizim sənədlərin yenidən göndərilməsi müddəti gələn ayın 4-də başa çatacaq. Biz də indi əsas işləri görmüşük, hazırda üzvlərimizin siyahısının dəqiqləşdirilməsi üzərində çalışırıq. Hər halda, düzəlişləri bu ayın sonuna qədər tamamlayıb yenidən Ədliyyə Nazirliyinə göndərməyi planlaşdırırıq.

Açıq etiraf edək ki, Ədliyyə Nazirliyi tərəfindən tutulmuş iradların hamısı əsaslı idi. Hətta mən əlaqə saxladıqdan sonra qeyri-dəqiq məlumatların olduğu siyahı bizə tam həcmdə təkrar göndərildi. Siyahıda elə insanların adı var idi ki, partiya üzvü olduğunu unudub, yaxud da başqa partiyaların sıralarına qoşulub. Elə biliblər ki, eyni vaxtda bir neçə partiyanın üzvü olmaq mümkündür.

Bir çox partiyalarda belə texniki xarakterli yanlışlıqlar olub. Hesab edirik ki, dediyim yanlışlıqları normal qaydada aradan qaldırsaq, qeydiyyat məsələsində problem olmayacaq. Bizə deyilən iradlar haqlı olduğu üçün burada hansısa süni maneədən danışmaq doğru deyil”.

A.Zeynalov

www.yenicag.az

357
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv