!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qeydiyyata alınmayan partiyaların TALEYİ: "Ədliyyə Nazirliyi buna ciddi yanaşsaydı..." - Partiya SƏDRİ

!Reklam – Yazi

“Ədliyyə Nazirliyi bu məsələnin üzərinə daha ciddi düşsəydi, Azərbaycanda 5-6 partiyadan başqa heç biri qalmazdı”.

Bu fikri partiyaların qeydiyyat məsələsi, YAP-dan başqa 5 min üzv məsələsinin heç bir partiyanın keçməməsi və prosesin gələcəyini dəyərləndirən AĞ Partiya sədri Tural Abbaslı Yenicag.az-a açıqlamasında səsləndirib.

Tural Abbaslı bildirib ki, Azərbaycanda siyasi partiyaların vəziyyəti yaradılmış situasiyaya görə çox acınacaqlıdır:

“İndiki mərhələdə YAP-dan başqa heç bir partiyanın üzv siyahısı təsdiq olunmayıb. YAP-dan sonra ən çox üzvü təsdiq olunan partiya bizim partiyadır – 4800-dən çox. Düşünürəm ki, indiki mərhələdə siyasi mesaj verilir ki, YAP-dan başqa heç bir partiyanın 5 min üzvü yoxdur. Ana müxalifət partiyası sayılan Vətəndaş Həmrəyliyi Partiyası parlamentdə 3 deputatla təmsil olunur, ancaq onlar da 5 min üzv məsələsini keçə bilməyib.

Bu baxımdan ikinci turda verilən cavablar əsas olacaq. 30 gün vaxt verilib, sənədlər qaydasına salınıb Ədliyyə Nazirliyinə təhvil verilməlidir. Əgər bu dəfə də keçənlər olmasa, Ədliyyə Nazirliyi məhkəməyə müraciət edib partiyaların bağlanması ilə bağlı hərəkətə keçə bilər. 27-28 partiya müraciət edib, onların da 7-8-i bağlana bilər. Hesab edirəm ki, 18-20 partiya qeydiyyatdan keçə biləcək.

Əgər Ədliyyə Nazirliyi bu məsələnin üzərinə daha ciddi düşsəydi, Azərbaycanda 5-6 partiyadan başqa heç biri qalmazdı”.

Səxavət Məmməd

www.yenicag.az

232
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv