!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qeyri-adekvat hərəkətlər edən taksi sürücüsünün narkoman olduğu üzə çıxdı - FOTO

!Reklam – Yazi

Sosial şəbəkələrdə paytaxt ərazisində “Toyota Prius” markalı avtomobilin sürücüsünün qeyri-adekvat hərəkətlər etməsini özündə əks etdirən görüntülər yayılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib ki, görüntülər əsasında Nəsimi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həmin sürücü – paytaxt sakini, əvvəllər məhkum olunmuş 1965-ci il təvəllüdlü İlham Qafarov müəyyən edilərək saxlanılıb.

Onun üzərindən narkotik vasitə heroin aşkar edilib.

Araşdırmalarla İ.Qafarovun narkotik vasitə aludəçisi olduğu və icarəyə götürdüyü avtomobillə Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olduğu müəyyən edilib.

Hazırda Nəsimi RPİ-nin İstintaq Şöbəsində araşdırma aparılır.

www.yenicag.az

224
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv