!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qeyri-adi HADİSƏ: Körpə ana südündən zəhərlənərək öldü - FOTO

!Reklam – Yazi

Rusiyada körpə ana südündən zəhərlənərək ölüb.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Bildirilir ki, Sankt-Peterburq şəhərində anasının südündən zəhərlənən körpə həyatını itirib. Uşağın bədənində metadon aşkar edilib.

Hadisə sentyabrın sonunda baş verib. Gecə uşağın atası qızının nəfəs almadığını görüb. Körpə təcili xəstəxanaya yerləşdirilib, lakin xilas etmək mümkün olmayıb. Həkimlər qəfil körpə ölümü sindromu diaqnozu qoyublar.

Lakin sonradan müayinə zamanı ölən qızın qanında, mədə divarında, qaraciyərində və böyrəyində metadon izləri aşkarlanıb və anasından ana südü ilə qızın bədəninə daxil ola biləcəyini göstərib.

Qeyd edək ki, ailə imkansız kimi qeydiyyatdadır. İndi imkansız ailənin metadonu haradan və necə əldə etdiyi araşdırılır.

Xuraman Etibarlı

www.yenicag.az

164
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv