!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qeyri-ənənəvi heyvan ətlərinin SATIŞI: “Qadağalarla bağlı hər hansı rəsmi sənəd olmadığından...”

!Reklam – Yazi

“İstehlakçılar ət satışı müəssisəsinin AQTA-da qeydiyyatdan keçib-keçmədiyini yoxlamalıdırlar”.

Bu fikirləri vətəndaşların ət məhsulları alarkən diqqət yetirməli olduqları əlamətlərdən danışan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, ən ciddi problemlərdən biri xəstəlikdən ölmüş heyvan ətinin satışa çıxarılmasıdır:

“İllərdir, ət tədarükü və satışı sahəsində müxtəlif problemlər yaşanır. Ən ciddi problemlərdən biri xəstəlikdən ölmüş heyvan ətinin satışa çıxarılmasıdır. Bu sahədə ən uğurlu fəaliyyəti Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlərə qarşı Mübarizə İdarəsi həyata keçirir. Yəni həmin qurum tərəfindən bu işlə məşğul olanlara yönəlik yalnız cərimə tətbiq edilmir, eyni zamanda, həbslər də həyata keçirilir.

Çox təəssüf ki, ölkəmizdə hansı ətin satışına qadağa qoyulduğna dair heç bir rəsmi sənəd mövcud deyil. Ənənəvi olmayan heyvan ətlərinin satışının qadağan edilməməsi sui-istifadə hallarının yaranmasına və satışının kəskin artmasına səbəb olur. Bu da həmin ətlərdən dönərxana və hətta ən prestijli məkanlarda belə istifadə olunması ehtimalını artırır.

Vətəndaşlar ət alan zaman bəzən camış əti ilə mal ətini qarışdırırlar. Ət alarkən bəzi əlamətlrə diqqət yetirmək lazımdır. Məsələn, camış ətinin piyi ağ, qabırğaları daha enli, at ətinin isə qabırğaları enli, ətinin rəngi qırmızı olur. Ümumiyyətlə, insanlar arasında ətdən zəhərlənmə halları az olur. Çünki ət xarab olanda iylənərək ətrafa pis qoxu yaydığı üçün onu digərlərindən ayırd etmək asan olur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 94 saylı Qərarına əsasən, bütün ət məhsulları qablaşdırılmalı, üzərində əti istehsal edən firmanın adı, ünvanı göstərilməlidir. Təəssüf ki, ətlər marketlərdə bu şəkildə satılmır. Küçə kəsimləri davam etdiyinə görə bəzən xəstə heyvanların əti də satışda olur. Ona görə də, istehlakçılar ət satışı müəssisəsinin Qida Təhlükəsizliyi Agentliyində qeydiyyatdan keçib-keçmədiyini yoxlamalı, hər hansı problemlə qarşılaşdıqda, müvafiq “qaynar xətt”ə məlumat verməlidirlər”.

İsmayıl Bakuvi

www.yenicag.az

500
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv