!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qeyri-Hökumət Təşkilatları ağacəkmə kampaniyasına qoşuldu

!Reklam – Yazi

Dekabrın 27-də Bakı-Şamaxı yolunun 30-cu kilometrliyində, paytaxtın Müşfiqabad qəsəbəsində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı növbəti ağacəkmə kampaniyası keçirilib.

Yenicag.az xəbər verir ki, bu münasibətlə təşkil olunan tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin çağırışına cavab verən 300-ə yaxın qeyri-hökumət təşkilatı tədbirdə iştirak edib.

Ətraf mühitin qorunması, ekoloji tarazlığın bərpasına kömək məqsədi daşıyan bu kampaniya iştirakçıları 2020-ci ilin payızında başlayan və 44 gün çəkən Vətən müharibəsindən qazanılan unudulmaz Zəfərin birinci ilinin qeyd olunduğu vaxtda bu təşəbbüsün böyük rəmzi məna daşıdığına əmindirlər. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qəhrəmanlıq dolu 44 günü və Prezident, Müzəffər Ali Baş Komandanın diplomatik məharəti, sərkərdəlik qabiliyyəti nəticəsində dünyanın hansı yerində olmasından asılı olmayaraq hər bir azərbaycanlıya milli qürur verən bu bir ildə insanlarımızın qəlbində göyərən fidanlar kimi, ağacların da göyərib boy atacağına əminlik var.

Ağacəkmə aksiyasında iştirak edən Prezident Administrasiyasının məsul işçisi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev, Agentliyin icraçı direktoru Aygün Əliyeva və digərləri jurnalistlərə müsahibələrində o ağaclardan işğaldan azad edilən ərazilərdə əkiləcəyinə və böyüyəcəyinə inandıqlarını bildiriblər.

Yüksək əhvalla başa çatan kampaniya zamanı əkilmiş 1000-ə yaxın müxtəlif növ ağaca aqrotexniki qaydada qulluq olunması üçün hər cür şəraitin yaradıldığı bildirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi AZƏRTAC vasitəsilə ağacəkmə kampaniyasına yüksək fəallıqla qoşulan bütün tərəfdaşlara, dövlət və özəl qurumlara, media və ictimaiyyət nümayəndələrinə öz təşəkkürünü çatdırıb.

www.yenicag.az

595
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv