!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qeyri-müəyyən NAMİZƏDLƏR KORPUSU: “Onların seçkiyə qatılmaqda məqsədi...”

!Reklam – Yazi

“Prezidentliyə namizəd olan digər şəxslər seçilməyəcəklərini özləri də anlayırlar”.

Bu fikirləri Azərbaycanda 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində mübarizə aparacaq namizədlər korpusunun mümkün tərkibi haqda danışan politoloq Teyyub Qənioğlu Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, bu məsələdə növbədənkənar prezident seçkilərinin keçirilməsini zəruri edən amillər mütləq nəzərə alınmalıdır:

“İlk dəfədir ki, müstəqillik əldə olunduqdan sonra Azərbaycanın bütün ərazilərində prezident seçkiləri keçiriləcək. Bunu prezident İlham Əliyev Qarabağı erməni işğalından azad etməklə, separatçıları torpaqlarımızdan çıxarmaqla bacardı.

Növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə dünyaya bir daha “Qarabağ Azərbaycandır!”, – deyirik. Tarixi qələbəni qazanan, Azərbaycan xalqına zəfər qüruru yaşadan prezident İlham Əliyevə nə iqtidarda, nə də müxalifətdə rəqib olacaq ikinci şəxs yoxdur.

Bunu qəbul etməyən adamın reallıqları dərk etmək bacarığı yoxdur. Prezidentliyə namizəd olan digər şəxslər seçilməyəcəklərini özləri də anlayırlar. Bu səbəbdən, seçkiyə qatılmaqda məqsədləri başqadır. Hər halda, ya özlərini, ya da partiyalarını cəmiyyətdə tanıtmaq istəyirlər. Lakin istənilən halda seçkilərin favoriti hər kəsə məlumdur”.

Nəsimi Ələsgərli

www.yenicag.az

2072
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv