!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qeyri-neft sektorunda İRƏLİLƏYİŞ: "Meyvə-tərəvəz məhsullarının həcm və dəyər etibarı ilə artımı..."

!Reklam – Yazi

“Qeyri-neft və kənd təsərrüfatı sektorunda fərdi şəxslərin olması burada inkluzivliyin daha çox olması deməkdir”.

Bu sözləri ölkənin meyvə-tərəvəz ixracının artımında baş verən dəyişikliklərə münasibət bildirən iqtisadçı-ekspert Xalid Kərimli Yenicag.az-a açıqlamasında qeyd edib.

O bildirib ki, işğaldan azad olan yeni ərazilərimizin 15-16 min kv.km-də potensial mövcuddur. Bu baxımdan gələcəkdə bu torpaq sahələrinin də meyvə-tərəvəz ixracımızı genişləndirəcəyi gözlənilir:

“Azərbaycandan meyvə-tərəvəz məhsulları böyük ölçüdə faktiki olaraq MDB bazarına ixrac olunur. Eyni zamanda məhsulların həcm və dəyər etibarı ilə artımı müsbət hadisədir. Bu, ondan xəbər verir ki, məhsullarımız bazarda ötən illərlə müqayisədə daha baha qiymətə gedir.

Kənd təsərrüfatında 55-ə yaxın aqroparklar və digər fermer təsərrüfatları var ki, bu işlə məşğuldur. Bir nümunə qeyd edim. Məsələn, neft məhsullarının satışını dövlət həyata keçirir. Lakin qeyri-neft və kənd təssərüfatı sektorunda fərdi şəxslərin olması burada inkluzivliyin daha çox olması deməkdir. Neft sektorunda 50-60 min şəxs işlədiyi halda, kənd təsərrüfatında 100 minlərlə insan fəaliyyət göstərir. Baxmayaraq ki, enerji sektorunun satışına dövlət daha çox diqqət ayırır, lakin iqtisadiyyatın inkişaf etdirilməsində prioritet kimi qeyri-neft sektorunu göstərir. Burada da kənd təsərrüfatının mühüm rolu var.

Göstəricilərdə artım müsbət hadisədir. Lakin iyul ayına nisbətdə avqustda olan azalmanı nəzərə alsaq, bunun neqativ hal olduğunu düşünmürəm. Daha yaxşı olar ki, bu ilin avqustunu keçən ilin avqustu ilə müqayisə edək. Bu zaman daha düzgün təəssürat formalaşar. Çünki nəzərə almalıyıq ki, meyvə-tərəvəz məhsullarının öz dövrü mövcuddur. Yəni kənd təsərrüfatında məhsul yığımı zamanla əlaqədar haldır.

Məsələn, bir müddət sonra sentyabr-oktyabr aylarında nar ixracını müşahidə edəcəyik ki, təbii ki də narın yayda ixracı baş tutmur. Bu baxımdan mən bunu ciddi bir məsələ hesab etmirəm. Əsas məsələni illik azalma, yəni qeyd edilən ayların ötən illə müqayisəsi təşkil edir. Meyvə tərəvəz ixracı ümumi ixracın 1,8 faiz təşkil etməsinə baxmayaraq qeyri-neft ixracında mühüm pay təşkil edərək 20 faiz paya malikdir.

Bağçılıq sahəsində məhsuldarlığın zaman almasınş nəzərə alaraq demək olar ki, Azərbaycan bu sahəyə inveatisiyalar yatıraraq ciddi işlər görür. Bu addımların bəhrəsini gələcəkdə də görəciyik. Bundan əlavə yeni ərazilərimizin də 15-16 min kv. km-də potensial mövcuddur. Bu baxımdan bu torpaq sahələrinin də gələcəkdə meyvə-tərəvəz ixracımızı genişləndirəcəyi gözlənilir”.

Yusif Səmədzadə

www.yenicag.az

328
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv