!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qeyri-neft sektorunda ixrac həcminin AZALMASI: “Elektrik enerjisi və kimya sənayesi məhsullarının...”

!Reklam – Yazi

“Keçən il elektrik enerjisi ixracının kəskin artmasına baxmayaraq, bu il azalma müşahidə edilir”.

Bu fikirləri Azərbaycanda qeyri-neft sektoru üzrə ixrac həcminin azalmasının səbəblərini şərh edən iqtisadçı Xalid Kərimli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, qonşu dövlətlərlə müqayisədə Azərbaycanda qeyri-neft sektorunun inkişaf tempi aşağıdır:

“Məsələn, keçən il elektrik enerjisi ixracı 72 milyon 400 min dollar olmuşdusa, bu il həmin rəqəm 28 milyon 756 min dollara düşüb. Yəni yalnız bu sahədə 43,7 milyon dollarlıq azalma müşahidə edilir.

Digər tərəfdən, kimya sənayesi məhsulları üzrə ixracaq ötən ilin yanvar ayında 31,7 milyon dollar olubsa, bu il həmin göstərici 22,1 milyon dollardır. Buradakı fərq isə 9,6 milyon dollardır.

Lakin bunlar Azərbaycanın qeyri-neft sektoru üçün böyük rəqəmlər deyil. Keçən ilin yanvarında qeyri-neft sektoru üzrə ixracatın ümumi həcmi 284 milyon dollar olubsa, bu il isə 222 milyon dollara qədər azalıb.

Diqqəti cəlb edən əsas məqamlardan biri elektrik enerjisinin ixracının azalmasıdır. Azərbaycan elektrik enerjisini əsasən Gürcüstana ixrac edir. Ümumiyyətlə, ötən il 2022-ci ilə nisbətən elektrik enerjisinin ixrac həcmi kəskin artmışdı. İndi isə bu sahədə azalma qeydə alınıb.

Azərbaycanın ümumi ixrac məhsullarında qeyri-neft sektorunun payı çox azdır. Görürük ki, elektrik enerjisi və kimya sənayesi məhsullarının ixracı birbaşa dövlət tərəfindən həyata keçirilir. Qeyri-neft sektorunun ixracatında əsas yeri meyvə-tərəvəz tutur. Qonşu dövlətlərlə müqayisədə Azərbaycanda qeyri-neft sektorunun inkişafı istənilən səviyyədə deyil”.

Nuray Məmmədzadə

www.yenicag.az

386
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv