!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qeyri-neft sektorunda UĞURLU ADDIM: “Ölkəmizin xurma ixracatı üzrə dünyada üçüncü yerdə olması...” - İQTİSADÇI

!Reklam – Yazi

“Qeyri-neft sektorunun böyük bir ixrac hissəsinin Rusiya bazarı təşkil edir”.

Bu sözləri FAO-nun hesabatına əsasən dünya üzrə xurma istehsal və ixracatında Azərbaycanın ilk üçlükdə qərarlaşmasına və Rusiyada baş verən iqtisadi geriləmənin ölkənin ixrac axınına təsirlərini dəyərləndirən iqtisadi ekspert Eyyub Kərimli Yenicag.az-a açıqlamasında bildirib.

O qeyd edib ki, fermerlərimiz Rusiya bazarına alternativ olaraq digər bazarlardan istifadə edə bilərlər. Bu yönümdə də Aİ ilə imzalanmış sazişdən istifadə etmək mümkündür:

“Ümumiyyətlə, müsbət haldır ki, ölkəmiz xurma ixracatı üzrə dünyada üçüncü yerdə qərar tutub. Bu, bizim həm kənd təsərrüfatının istehsalına, həm də qeyri-neft sektorunun inkişafına müsbət təsir göstərir. Həmçinin fermerlərin gəlirlərinin artımına təsir edir. Lakin düşünürəm ki, bizim sahibkarlarla yanaşı hökümət də satış-ixrac bazarlarının diversifikasiyası ilə məşğul olmalıdır. Çünki ümumi yanaşdıqda bizim kənd təsərrüfatı istehsalımız Rusiyayla sıx bağlıdır. Qeyri-neft sektorunun böyük bir ixrac hissəsinin Rusiya bazarı təşkil edir. Təbii ki, də bu, anlaşılandır. Çünki bu bazar bizə mental baxımdan yaxın bazardır. Həmçinin iqtisadi aspektdən sərfəli bazardır. Buna səbəb daşınma və orada fəaliyyət sahibkarlarımız üçün daha rahatdır.

Digər tərəfdən bu gün Rusiya ilə Ukrayna arasında gedən müharibə Rusiya iqtisadiyyatına da mənfi təsir göstərir. Eləcə də rubl dəyərini itirir. Bu da bizim ixracla məşğul olan fermerlərimizin gəlirinə mənfi təsir edir. Bu da ölkənin qeyri-neft sektoru ixracının zəifləməsi və gəlirlərin aşağı düşməsinə səbəb ola bilər. Bu baxımdan düşünürəm ki, bizim fermerlər yeni ixrac bazarlarını araşdırmalıdırlar. Xatırlayaq ki, Avropa İttifaqı Azərbaycanla yeni saziş imzalayıb. Həmin sazişə əsasən artıq Avropa marketlərini kənd təsərrüfatı məhsullarımızla təmin edə bilərik. Əlbəttə ki, bunun üçün müəyyən standartların təmin edilməsinə ehtiyac var.

Hava şəraitinin münbit olması vacib şərtdir ki, bu baş verməzsə, məhsuldarlığa mənfi təsir edə bilər. Buna görə də yaxşı olardı ki, fermerlərimiz ölkədə fəaliyyət göstərən aqrar sığorta fondundan istifadə etsin. Belə ki, fermerlər hava şəratindən dolayı dəyən zərərləri kompensasiya edilməsiylə bağlı hökümət tərəfindən aqrar sığorta fondu yaradılıb. Bu qurumla sıx əməkdaşlıq apararaq gələcəkdə baş verə biləcək zərərləri önləyə bilərlər. Hava şəraitinin əlverişli olmaması qiymətlərə təsirsiz ötüşməyəcək. Bu da sözügedən məhsullarda qiymət artımına səbəb ola bilər”.

Yusif Səmədzadə

www.yenicag.az

402
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv