!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qeyri-neft sektorunun ÜDM-də payı: "Ölkə büdcəsinə daxil olan gəlirlər..." - ŞƏRH

!Reklam – Yazi

“Ötən il qeyri-neft sektorundan daxil olan gəlirlərin sayəsində ÜDM-nin artımını müşahidə etdik”.

Bu sözləri ötən il ümumi daxili məhsulun (ÜDM) artım prosesinə münasibət bildirən iqtisadçı ekspert Eyyub Kərimli Yenicag.az-a açıqlamasında qeyd edib.

O bildirib ki, Dünya Bankının proqnozlarına görə builki ÜDM–də qeyri-neft sektoru payının 3 faizdən çox olacağı gözlənilir.

“Ümumiyyətlə, Azərbaycanın dövlət büdcəsinin formalaşdırılmasında iki növ gəlirdən istifadə olunur: neft-qaz sektoru və qeyri-neft sektoru. Neft sektorundan ölkə büdcəsinə daxil olan gəlirlər hələ ki ÜDM ilə prioritetdir. Qeyri-neft sektoru isə, əsasən kənd təsərrüfatı, xidmət, tikinti, sənaye, istehsal, turizm sahələrindən əldə edilən gəlir sayəsində formalaşır. Buraya enerji və qiymətli metalların ixracından daxil olan gəlirləri də aid etmək mümkündür. Həmçinin nəqliyyat və logistika sektorlarından gələn tranzit haqlarını nümunə göstərmək mümkündür.

Bildiyimiz kimi, ötən il qeyri-neft sektorundan daxil olan gəlirlərin sayəsində ÜDM-nin artımını müşahidə etdik. Bu da gələcəkdə adıçəkilən sektorda ixrac imkanlarının payının artırılmasını göstərir. Buna görə də burada əsas vəsaitlər elektrik enerjisi, əlvan metallar və kənd təsərrüfatı məhsullarının ixracından daxil olan gəlirlərdir.

Eyni zamanda qeyd etmək lazımdır ki, hazırda işğaldan azad edilmiş ərazilərdə böyük tikinti və quruculuq işləri aparılır. Bu sahəyə ötən il 4 milyard manatdan çox vəsait xərclənib. Bu da sözsüz ki, ÜDM-in çəkisinin artmasında öz təsirini göstərir.

Həmçinin Dünya Bankının proqnozlarına əsasən bu il ölkədəki ÜDM-də qeyri-neft sektorunun artımı 3 faizdən çox nəzərdə tutulub. Sözsüz ki, bu göstərici də iqtisadiyyatın növbəti post-neft erası üçün möhkəmlənməsinə təsirini göstərəcək”.

Yusif Səmədzadə

www.yenicag.az

316
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv