!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qeyri-neft sektorunun ÜDM-yə TÖHFƏSİ: “Artım tempinin ötən dövrlə müqayisədə azalması...”

!Reklam – Yazi

“Cari ilin ilk 10 ayında neft sektorunda əlavə dəyər 2,3 faiz azalsa da, qeyri-neft sektorunda 3,1 faiz artım qeydə alınıb”.

Bu fikirləri 2023-cü ilin 9 ay ərzində ölkədə iqtisadi artım tempinin 0,8 faizdən 0,5 faizə enməsinin səbəblərinə münasibət bildirən Milli Məclisin deputatı Vüqar Bayramov  Yenicag.az-a açıqlamasında deyib.Millət vəkilinin sözlərinə görə, cari illə müqayisədə 2024-cü ildə ölkənin Ümumi Daxili Məhsulunda (ÜDM) daha çox artım qeydə alına bilər:

“Bütövlükdə Ümumi Daxili Məhsuldakı artım tempinin əvvəlki dövrlə müqayisədə azalmasının əsas səbəbi neft-qaz sektorunda əlavə dəyərdə olan azalma ilə bağlıdır. Belə ki, cari ilin ilk 10 ayında bu sektorda əlavə dəyər 2,3 faiz azalıb. Qeyri-neft sektorunda isə əksinə, 3,1 faiz artım qeydə alınıb.

Təbii, biz də ÜDM-də daha çox artım olmasını məqbul hesab edirik. Güman edirik ki, artıq 2024-cü ildə ölkənin ÜDM-də bu illə müqayisədə daha çox artım müşahidə edə bilərik.

Lakin bu konteksdə digər məqamlar ondan ibarətdir ki, neft-qaz sektorunda azalma olsa belə, qeyri-neft sektorunda artım var. Əslində, ÜDM-dəki 0,5 faiz artım birbaşa qeyri-neft sektorundakı artımın hesabına baş verib”.

Yusif Səmədzadə

www.yenicag.az

202
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv