!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qeyri-qanuni sərnişin daşıyan sürücülər cərimələndilər

!Reklam – Yazi

Qeyri-qanuni taksi fəaliyyəti və müntəzəm avtobus marşrutları üzrə sərnişin daşımaları hallarının qarşısının alınması, təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə Bakı Beynəlxalq Avtovağzal Kompleksi ətrafında reyd keçirilib.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, AYNA-nın Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi ilə birgə həyata keçirdiyi reyd ölkənin müxtəlif şəhər və rayonlarından biletsiz sərnişindaşımaya, avtovağzaldan kənar sərnişin daşımalarına qarşı aparılıb.

Qeyd edilib ki, avtomobillərini yolun hərəkət hissəsində saxlayan sürücülər hərəkətin intensiv olduğu həmin ərazidə sıxlıq yaratmaqla ictimai asayişi kobud şəkildə pozurlar. Reyd zamanı qanunsuz sərnişindaşıma ilə məşğul olan bəzi sürücülər barəsində cərimə tətbiq olunub.

www.yenicag.az

245
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv