Qeyri-sabit hava şəraiti nə vaxta qədər davam edəcək?

Ölkə ərazisində yaxın günlərdə gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Yenicag.az-a verilən məlumata görə, dekabrın 7-dən dekabrın birinci ongünlüyünün sonunadək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

COP29