!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qeyri-verbal ünsiyyət: Kiminsə yalan danışdığını necə ANLAMAQ OLAR? - AÇIQLAMA

!Reklam – Yazi

Bədən dili insanın hərəkətlərini analiz etməyə kömək edir. Kimsə yalan və ya doğru danışırsa, həmçinin qəmgin və ya xoşbəxtdirsə, onun hərəkətlərindən bunu rahatlıqla anlamaq olar.

Bəs bədən dili tam olaraq nədir? İnsanlar üzərində necə tətbiq edilir?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən psixoloq Fərqanə Mehmanqızı bildirib ki, bədən dili bizim anlıq hisslərimizin xaricə təzahürüdür:

“Bədən dilini bəzi insanlar çox yaxşı anlayır. Amma bu sahə çox genişdir. Məsələn hamı bilir ki, başı aşağı etmək “hə”, sağa-sola etmək “yox”dur. Və ya dodaqları dişləmək stresdir. Bu kimi emosiyalarla qarşımızdakı bizim nə demək istədiyimizi anlayır. Qeyd edim ki, bədən dili ilə qarşı tərəfə hökmranlıq da etmək olur.

Ən çox iş görüşmələrində istifadə edilir. Öz bədən dilini idarə edə bilənlər uğurlu insanlar sayılır. Onlar yaşadıqlarını yox,  ancaq göstərmək istədiyi emosiyaları göstərirlər. Göz yaddaşı güclü olan insanlar da qarşı tərəfin bədən dilini əzbərləyir və yadda saxlayır. Ən önəmli nüans odur ki, bədən dilindən düzgün istifadə etmək lazımdır. Məsələn, buruna tez-tez toxunmaq yalan danışmağa işarə edir.

Amma bəzi insanlar var ki, “tık”ları var və bunu istəmsizcə edirlər. Adam var ki, paltarı narahatolduqda, tez-tez çiyinlərini çəkir. Bədən dilinə əsasən, bu hərəkət harasa gecikməyi və ya söhbətdən sıxılmağı bildirir. Ancaq həmişə elə olmur. Ümumiyyətlə, kitablarda oxuduğumuz bədən dilini insanlar üzərində tətbiq etməyə çalışmaq yanlışdır”.

Şahanə Paşa

www.yenicag.az

553
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv