!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qəza oldu, 2 nəfər avtomobildə sıxılı qaldı

!Reklam – Yazi

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” və “ГАЗ” markalı iki minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər avtomobillərdən birində sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində hər iki şəxs avtomobildən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

www.yenicag.az

186
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv