!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qəza törədən avtomobil qaz xəttini zədələdi - FOTO

!Reklam – Yazi

Ağcabədi rayonunun Muğanlı kəndində toy karvanında olan avtomobillərdən biri yoldan çıxaraq qaz tənzimləyici şkafa çırpılıb.

Yenicag.az xəbər verir ki, bu barədə  Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, nəticədə avadanlıq sıradan çıxıb. Saat 12:40-dan təqribən 340 abonentin qaz təminatı müvəqqəti olaraq dayandırılıb.

Bundan başqa, İmişli rayonunun Qaradonlu kəndində qəza törədən “Mersedes” markalı avtomobillə diametri 108 mm olan orta təzyiqli, yerüstü qaz xəttini zədələyiblər. Hazırda Qaradonlu kəndində 120 abonentə qazın verilişi müvəqqəti olaraq dayandırılıb və təmir işlərinə başlanılıb.

www.yenicag.az

721
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv