!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qəza törədib hadisə yerindən qaçan sürücülər yaxalandılar

!Reklam – Yazi

Bakıda qəza törədərək qaçan sürücü on gün sonra saxlanılıb.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə aprelin 28-də Bakı şəhər sakini Y.Xələfovun idarə etdiyi “Volkswagen” markalı avtomobilin müəyyən edilməmiş avtomobillə vurulması və nəticədə xəsarət almış avtomobildə olan qızına xəstəxanada ilkin tibbi yardım göstərilməsi barədə məlumat daxil olub.

Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Renault” markalı avtomobillə törədilməsi müəyyən edilib və həmin nəqliyyat vasitəsini idarə edən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Fədakar Mürşüdov saxlanılıb.

Mayın 7-də saat 22 radələrində Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində yolu keçən qəsəbə sakini S.Qasımovanın avtomobillə vurulması nəticəsində aldığı xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə 6-cı Polis Bölməsinə daxl olan məlumat əsasında da polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “VAZ-21011” markalı avtomobillə törədilməsi müəyyən edilib və həmin nəqliyyat vasitəsini idarə edən Abşeron rayon sakini Elçin Süleymanov avtomobillə birgə saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

341
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv