!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qəzada xəsarət alan Mehriban Zəki ilə Dilarə Əliyevanın vəziyyəti açıqlandı

!Reklam – Yazi

Yol qəzası nəticəsində xəsarət alan Mehriban Zəkinin vəziyyəti orta ağırdır.

Bu barədə Yenicag.az-a TƏBİB-dən verilib.

Məlumata görə, TƏBİB-in tabeliyindəki Abşeron Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım briqadaları rayon ərazisində baş verən yol qəzası ilə bağlı dərhal əraziyə cəlb edilib.

Mehriban Zəki Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına təxliyə olunub. Ona zəruri tibbi xidmətlər göstərilib, hazırda reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Hadisə nəticəsində xəsarət alan Dilarə Əliyevaya yerində ilkin tibbi yardım göstərilib, hazırda Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına təxliyə edilir.

www.yenicag.az

297
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv