!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qəzalı binaların aqibəti necə olacaq? - Ekspert AÇIQLADI

!Reklam – Yazi

Bildiyimiz kimi, təkcə paytaxtımızda minlərlə istismar müddəti bitmiş yaşayış evləri var. Hətta onların çoxu qəzalı vəziyyətdədir.

Bəs bu tip binalar nə dərəcə təhlükə ərz edir? Hansı tədbirlər alınmalıdır?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, həmin binalar ya dərhal sökülməli, ya da bərpa olunmalıdır:

“2016-cı ildən başlayaraq Nazirlər Kabinetinin 86 saylı sərəncamı ilə Bakı şəhərində istismar müddətini bitirmiş köhnə çoxmənzilli yaşayış binalarının sökülməsinə start verildi. Bu günə qədər onların çoxu söküldü, yeni tikilmiş binalarla əvəzləndi. Proses hələ də davam edir. Amma qəzalı binaların ümumi sayına baxsaq, aparılan tədbirlər yetərli deyil. İlk öncə Bakının baş planı hazırlanmalıdır. Plan yoxdur. Tikinti şirkətləri necə gəldi, özləri istədiyi kimi iş görürlər. Beşmərtəbəli binaların sökülərək, yerində 15-16 mərtəbəli yeni tikililərin tikilməsi problemli məsələdir. Çünki əhali sayına uyğun deyil. Sıxlıq yaranır. Düşünürəm ki, yeni binaların tikilməsi prosesi sürətlə təşkil edilmirsə, ən azından həmin qəzalı əmlaklar bərpa edilsin. Əgər bu edilməzsə, hər hansısa bir təbii fəlakət zamanı dağıntının həcmi çox böyük ola bilər”.

Şahanə Paşa

www.yenicag.az

609
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv