Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Banner
Qarabağ FC

Qəzaya düşən Sayqa Cahid səhhətindən DANIŞDI - VİDEO

Azərbaycanlı aparıcı-prodüser Sayqa Cahid qəzaya düşüb.

Yenicag.az xəbər verir ki, ARB TV-nin “Üçəlli” proqramının canlı efirində prodüserlə telefon bağlantısı yaradılıb.

Telefon bağlatısı zamanı S. Cahid hadisə haqqında özü məlumat verib:

“Mənə göz dəydi. Yaxşı ki, Həsrət mənə efir zamanı üzərlik yandırdı. Şükür ki, avtomobilin hava yastıqları açıldı və sadəcə əzildim. Yaxşı qurtardım. O maşının içindən sağ çıxmağım özümə də müəammalıdır. Allah heç kimə o şoku yaşatmasın”.

Telefon bağlatısı zamanı efirə qonaq olan aktrisa Oksana Rəsulova və müğənni Niyam Salami də Sayqa Cahidə keçmiş olsun diləklərini çatdırıb. Söhbət əsnasında Niyam Salami də ötən gün qəza keçirdiyini deyib.

www.yenicag.az

1011
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM