!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qəzaya uğrayan təyyarədən 1 milyon 200 min ABŞ dolları OĞURLANDI

!Reklam – Yazi

 

Qəzaya uğrayan Rusiya təyyarəsindən 1 milyon 200 min ABŞ dolları oğurlanıb.

Yenicag.az xəbər verir ki, bu barədə əyalətdəki yerli mənbələrə istinadən “Hasht e Subh” qəzeti məlumat yayıb.

Bildirilir ki, Əfqanıstanın Bədəxşan əyalətində qəzaya uğrayan Rusiya təyyarəsindən 1 milyon 200 min ABŞ dolları oğurlanıb.

“Etibarlı mənbələr qəzetə bildiriblər ki, bu qədər pulun oğurlanmasından sonra Talibanın Bədəxşan vilayətinin qubernatoru Məhəmməd Əyub Xalid qrupun baş nazirinin müavini Məhəmməd Həsən Axundun göstərişi ilə məsələni araşdırmaq üçün faktaraşdırıcı komissiya təyin edib”, – nəşr qeyd edib.

Mənbələr əlavə edir ki, bu komissiyaya Bədəxşan vilayətində Taliban kəşfiyyat idarəsinin rəhbəri rəhbərlik edir.

Xuraman Etibarlı

www.yenicag.az

122
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv