!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qəzza üçün “humanitar fasilə” ÇAĞIRIŞI: Avropa İttifaqı hansı qərarı verəcək?

!Reklam – Yazi

Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri arasında çətin müzakirələr fonunda Qəzzadakı vəziyyətə yönəlik fikir ayrılıqlarının aradan qaldırılacağı ehtimal edilir.

Yenicag.az “The Guardian”a istinadən xəbər verir ki, Aİ-nin Fələstin əhalisinə qida, su və tibbi ləvazimatların çatdırılmasına imkan yaratmaq məqsədilə Qəzzada “humanitar fasilə” çağırışını yekdilliklə dəstəkləyəcəyi gözlənilir.

Qeyd olunur ki, bu gün Brüsseldə keçiriləcək Aİ sammitində imzalanması planlaşdırılan rəsmi bəyannamədə ehtiyacı olan Qəzza sakinlərinə sürətli və maneəsiz yardıma imkan yaratmaq üçün “humanitar fasilə” çağırışı da yer alacaq.

Bununla belə, sözügedən sənədlə bağlı razılaşmanın əldə ediləcəyi gözlənilsə də, Aİ ölkələri arasında ziddiyyətlərin hələ tamamən aradan qaldırılmadığı vurğulanır.

Məlumata görə, adı açıqlanmayan Aİ rəsmilərindən biri HƏMAS-ın “humanitar fasilə”dən istifadə edərək, yenidən toparlana biləcəyinin mövcud narahatlığın əsas səbəbi olduğunu bildirib.

www.yenicag.az

190
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv