!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qəzza zolağında iki jurnalist HƏLAK OLDU - FOTO

!Reklam – Yazi

İsrailin hücumu nəticəsində Qəzza zolağında iki yerli media jurnalisti həlak olub.

Yenicag.az xəbər verir ki, Əl-Cəzirə müxbiri İsrailin Qəzza zolağının qərbində yaşayış binasına endirdiyi zərbə nəticəsində iki jurnalistin öldüyünü bildirib.

Onun sözlərinə görə, Qəzza zolağında yerli media üçün işləyən jurnalist Səid əl-Tavil və fotoqraf Məhəmməd Sobh öldürülüb. Daha bir jurnalist yaralanıb.

Qəzza zolağı hökumətinin media ofisi əl-Tavil və Sobhanın ölümünü təsdiqləyib. Departament qeyd edib ki, jurnalistlər Qəzzanın qərbində yaşayış binalarından birinin boşaldılmasını işıqlandırırdılar.

Əl-Mayadin yaralı jurnalistin adının Hişam ən-Nəvaca olduğunu, onun ağır xəsarətlər aldığını və əməliyyat olunduğunu açıqlayıb.

Xuraman Etibarlı

www.yenicag.az

318
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv